Mojo.az Banner
20:02 Velosiped qəzalarında 9 nəfər ölüb  |     19:56 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     19:51 İran uranın zənginləşdirilməsindən imtina etməyəcək  |     19:43 Dərsə getməyən şagirdlərin valideynlərinin nəzərinə: Cərimə oluna bilərsiniz (VİDEO)  |     19:37 Xaçmazda mağaza yandı - VİDEO  |     19:30 ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını açıqladı  |     19:24 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO  |     19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |     19:10 Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)  |     19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |     18:54 Dünyəvi təhsil və vahid məktəbli forması: Ortaq qaydalar nə üçün əhəmiyyətlidir?  |     18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |     18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |     18:19 Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?  |     17:43 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb - Video  |     17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının Nəsimi rayonunda qaz yoxdur - AÇIQLAMA

26.08.2020 18:22 3 285
Bakının Nəsimi rayonunda qaz yoxdur - AÇIQLAMA
Nəsimi rayonunun bir hissəsində qaz yoxdur.

Bu barədə sakinlər tərəfindən Oxu.Az-ın redaksiyasına daxil olan müraciətdə qeyd olunub.

Vətəndaşların sözlərinə görə, artıq bir neçə saatdır ki, təbii qazın verilişi dayandırılıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, sözügedən rayonun ərazisində bir neçə küçədə iş aparılır:

“Nəsimi rayonunun “20 Yanvar” və “Asif Məhərrəmov” küçələrində qaz təchizatının dayandırılması ərazidə tikinti işləri aparan təşkilatın fəaliyyəti ilə bağlıdır. Həmin küçələrdə qaz xəttinin yerinin dəyişdirilməsi prosesi həyata keçirilir. Bu səbəbdən əhaliyə təbii qazın verilişi dayandırılıb.

“Ceyhun Səlimov” küçəsində isə “Bakı Metropoliteni” QSC tərəfindən aparılan işlərlə əlaqədar olaraq qaz təchizatı təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılıb. Qeyd edilən hər üç küçədə aparılan işlərin bir neçə saat ərzində yekunlaşdırılması gözlənilir. İşlərin gedişatında heç bir problem yaranmazsa, yaxın saatlarda qaz təchizatı bərpa ediləcək”.скачать dle 11.3
Mojo.az Banner