Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Qanunsuz balıqçılıqla məşğul olan 12 nəfər barəsində cinayət işi açılıb

25.08.2020 20:55 1 356
Qanunsuz balıqçılıqla məşğul olan 12 nəfər barəsində cinayət işi açılıb
Balıqçılıqla məşğul olan vətəndaşlar arasında mövcud qaydalara əməl edənlərlə yanaşı, sintetik torlardan istifadə etməklə təbiətə qənim kəsilənlər də var.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi Facebook səhifəsində “Ekspert saatı” adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, nazirliyin müvafiq qurumları tərəfindən cari ilin 7 ayı ərzində 46 min 200 metr sintetik tor su hövzələrindən götürülüb:

“Qaydaları kobud şəkildə pozan 60 nəfər cərimələnərək, saxlanılıb. Hüquq-mühafizə orqanları tərəfindən saxlanaılan 12 nəfər barəsində cinayət işi açılıb. Amma razılaşaq ki, nazirlik öz əməkdaşlarını hər bir su hövzəsinin ətrafına qoyaraq vəziyyətə nəzarət edə bilməz. Su hövzələrində sintetik torlardan, tok aparatlarından istifadəyə dair faktlarla rastlaşan vətəndaşlardan bizə məlumat vermələrini xahiş edirik.

Yaxud da bizə çoxlu sayda şikayətlər gəlir ki, ağac kəsildi, amma nazirlik xəbər tutmadı. Əgər o ağac kəsiləndə hansısa vətəndaş bunu görəndə bizə dərhal məlumat verirsə, biz onunla bağlı tədbir görürük. Məlumat özündə ümumi halı əks etdirirsə, konkret şəxslər barədə məlumat, dəlillər yoxdursa, o şəxsləri tapmaq da çətinləşir. Müxtəlif icmalarda, kəndlərdə, yaşayış məntəqələrində tokla balıq tutan, qanunsuz vaxtda balıq tutmağa gedən şəxsləri yaşadıqları ərazidəki sakinlər daha yaxşı tanıyır. Burada ictimai qınaq mühüm rol oynayır.

Əgər onlar bilsə ki, ətrafdakı insanlar bu hadisəyə dərhal kəskin reaksiya versə, onlar daha bu addımı atmazlar. Biz bu məsələdə əməkdaşlığa hazırıq, kiminsə əlində sübutu varsa, bunu vaxtında istər nazirliyin mərkəzi, istərsə də yerli idarələrinə təqdim etmək lazımdır. Biz də bu tədbirlərin qarşısını birgə alaq”.скачать dle 11.3
Mojo.az Banner