Mojo.az Banner
21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |     21:07 Buğda kəskin bahalaşdı: Çörəyin qiyməti qalxacaq?  |     21:00 Bu klub ev oyunlarını Xankəndidə keçirəcək  |     20:54 Azərbaycanda yeni iş yerləri yaradılır: Kimlər işlə təmin olunacaq?  |     20:47 Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır  |     20:42 Su polisi brakonyerlik edən şəxsi saxladı  |     20:34 Bakıda 31 kq narkotik aşkarlanıb - VİDEO  |     20:29 Bu məhsulların gömrük rüsumu artırıldı  |     20:23 Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri artıb  |     20:15 166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO  |     20:10 Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı - Video  |     20:01 Bərdədə "Kalaşnikov" və patronlar aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda mikroavtobus uçurumdan aşdı: 17 ölü - YENİLƏNİB

24.08.2020 16:53 3 204
Gürcüstanda mikroavtobus uçurumdan aşdı: 17 ölü - YENİLƏNİB
Gürcüstanın şimal-şərqində baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Bu barədə Apsny.ge ölkənin Daxili İşlər Nazirliyinə istinadla xəbər yayıb.

Bildirilir ki, dünən axşam Duşeti bələdiyyəsinin ərazisində, Şatili kəndi yaxınlığında təxminən 80 metr yüksəklikdən sərnişin mikroavtobusu aşıb. İlkin məlumata görə, onun içərisində Tiflisdən gələn turistlər olub.

Xilasedicilər üç nəfəri sağ tapıblar. Onlar ciddi xəsarət alıblar, vəziyyətləri ağır qiymətləndirilən həmin şəxslər tibb müəssisəsinə aparılıb.

Ərazidə axtarış-xilasetmə işləri davam edir.

Gürcüstan Daxili İşlər nazirinin müavini İosif Çelidze və Təcili Yardım Xidmətinin rəhbəri Temur Mqebrişvili qəzanın baş verdiyi Biso kəndinə gediblər.

* * * * *

Gürcüstanın Msxeta-Mtianeti bölgəsinin Şatili kəndində mikroavtobus, təxminən, 80 metr yüksəklikdən uçuruma aşıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ilkin məlumatlara görə, qəza nəticəsində 12 nəfər ölüb, üç nəfər ağır yaralanıb.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib. Yaralananlar təhlükəsiz əraziyə təxliyə edilib.

Qalan sərnişinlərin axtarışı davam edir.

Faktla bağlı araşdırma başlanılıb.скачать dle 11.3
Mojo.az Banner