Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkələrdən Azərbaycana 113 min manatlıq cin gətirilib - SİYAHI  |     22:55 Bu il Azərbaycana neçə turist gəlib?  |     22:47 Sosial mediada 3 saniyədə diqqəti necə cəlb etməli?  |     22:40 Texnologiya şirkətləri niyə qutularını sadələşdirir?  |     22:34 "Labubu" sahibi gəlirlərini artırmaqda davam edir - 20 milyard dollarlıq artım  |     22:29 Satış kifayət etmir, müştəri sizə güvənməlidir - Brend dəyəri yaratmaq  |     22:22 Toy qadağalarının Tacikistan modeli – pul ver, işini gör  |     22:13 Həbsxanadan görüntüsü yayılan Rəşad Dağlının səhhəti ilə bağlı AÇIQLAMA - VİDEO  |     22:08 Türkiyədə ağır yol qəzası: 1 nəfər öldü, 16 nəfər yaralandı  |     22:00 Yeni “Moskviç” modelinin İLK FOTOsu  |     21:54 Taksi islahatları: Hazırda vəziyyət necədir?  |     21:47 Misirdə qatar qəzası - 3 ölü, 92 yaralı  |     21:41 Azərbaycan Premyer Liqası: "Zirə" "Kəpəz"i böyük hesabla məğlub edib  |     21:30 İtkin düşən gəncin anası: Biz ailə olaraq soyadımızı oğlumuzun adı ilə dəyişmişik  |     21:23 Rasmus Hoylunn "Napoli"yə keçir  |     21:16 Cəlilabadda qardaş qardaşı bıçaqladı  |     21:05 Daha bir internet əfsanəsi tamamilə bağlanır  |     20:58 Sumqayıtda 13 yaşlı uşaq ölüb  |     20:47 "Qarabağ"ın U-19 komandasının UEFA yarışında təqvimi açıqlandı  |     20:35 Aİ Rusiyanın aktivlərini qaytarmayacaq  |    

Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır”

Ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət əhəmiyyətli dərəcədə dəyişir. Buna görə təhsil prosesini bərpa etmək məsələsinə müxtəlif bölgələrdə fərqli yanaşmaq lazımdır.

Bu barədə Media.Az -a təhsil sahəsində ekspert Qoşqar Məhərrəmov deyib.

Onun sözlərinə görə, tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır.

“Məsələn, karantinin tamamilə ləğv olunduğu bölgələrdə ənənəvi təhsil formasına qayıtmaq olar. Əlbəttə ki, vacib tədbirlərə riayət etmək şərti ilə: Məktəbin girişində şagird və müəllimlərin temperaturu ölçülməli, bir sinifdə oxuyan şagirdlərin sıxlığına nəzarət olunmalı, sosial məsafəyə riyaət edilməli, təhsil ocağının içərisindəki dezinfeksiya tədbirlərinə laqeyd yanaşılmamalıdır”, - deyə ekspert bildirib.

Karantin rejiminin daha sərt tətbiq olunduğu zonalara gəldikdə, Q.Məhərrəmovun fikrincə, tədris prosesi Azərbaycan Respublikası Təhsil İnstitutunun bir gün əvvəl verdiyi tövsiyələr əsasında təşkil edilə bilər.

“Bu vəziyyətdə dərs günlərinin, saatların sayının, həmçinin siniflərin sıxlığının azaldılması üçün tədbirlər görmək vacibdir. Bəzi şagirdlərin bazar ertəsi, çərşənbə və cümə günləri, digərlərinin isə çərşənbə axşamı, cümə axşamı və şənbə günlərində məktəbə getməsi daha məqsədəuyğundur”, - deyə ekspert vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 455 22.08.20 20:30