Mojo.az Banner
17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |     12:41 Rumıniyada sabiq prezidentliyə namizəd həbs olundu  |     12:38 Ramiz Mehdiyevin məhkəməsi oldu - VİDEO (YENİLƏNİB)  |    
Mojo.az Avto
Mojo.az Avto

Aleksey Navalnının bədənində zəhər aşkarlanmayıb - VİDEO

21.08.2020 17:55 3 109
Aleksey Navalnının bədənində zəhər aşkarlanmayıb - VİDEO
Dünən təyyarədə halı pisləşən və təcili olaraq xəstəxanaya yerləşdirilən Rusiyanın müxalifət lideri Aleksey Navalnının bədənində zəhər aşkarlanmayıb.

Bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadla xəbər yayıb.

“İlkin versiya dəyişməyib, söhbət psixodisleptik zəhərlənmədən gedir. Daha dəqiq məlumatı həkimlərin diaqnozu və yekun rəyindən sonra vermək mümkün olacaq”, - deyə məlumatda bildirilib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Navalnının qəsdən zəhərlənməsi barədə məlumat olmadığı üçün hələlik cinayət işi açılmayıb. Səhhəti imkan verdiyi vaxt yoxlamanın bir hissəsi olaraq onun ifadəsi alınacaq.

Xatırladaq ki, avqustun 20-də Moskvadan Tomska yollanan Navalnının halı təyyarədə kəskin pisləşib. Nəticədə, hava gəmisi Omsk şəhərində təcili eniş etmək məcburiyyətində qalıb.

Həkimlərin ilkin ehtimalına görə, A.Navalnı güclü psixodisleptik olan və hallusinasiya yaradan oksibutirat natriumdan zəhərlənə bilərdi.

Lakin bloqerin yerləşdirildiyi Omsk xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko onun orqanizmində zəhər, yaxud zəhərlənmənin əlamətlərinin aşkarlanmadığını bildirib.

“Biz pasiyentin zəhərlənmə keçirdiyini hesab etmirik”, - deyə o vurğulayıb.


скачать dle 11.3
Mojo.az Banner