Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhsil Nazirliyi: Pandemiya dövründə müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir

20.08.2020 22:51 1 394
Təhsil Nazirliyi: Pandemiya dövründə müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir
“Pandemiya dövründə müəllimlərin 37%-nin yaşına görə risk qrupuna daxildir”.

APA-nın xəbərinə görə, bunu Təhsil nazirinin müşaviri Elnur Nəsibov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Pandemiya şəraitində təhsil sisteminin üzləşdiyi çətinliklər və təhsil prosesinin səmərəli təşkilinə ictimai dəstək” mövzusunda onlayn konfransında bildirib.

E. Nəsibov pandemiya dövründə təhsil ictimaiyyətinin qarşısında dayanan yeni çağırış və imkanların geniş müzakirəsinin faydalı olduğunu bildirib. Təhsil Nazirliyinin ölkədəki sanitar-gigyenik vəziyyəti daim monitorinq etdiyini deyən Elnur Nəsibov, həmçinin, ictimai rəyin də diqqətlə öyrənildiyini bildirib.

Təhsil nazirinin müşaviri “ARB Günəş” və “Mədəniyyət” kanallarının efirində təşkil olunan, həmçinin virtual dərslərin məktəblilər üçün mühüm alternativ olduğunu deyib.

Nazirlik rəsmisi bildirib ki, yeni tədris ilində təhsilin formaları ilə bağlı axtarış və müzakirələr hazırda davam etdirilir. Təhsil nazirinin müşaviri valideynlərin övladlarının təhsilini distant və ənənəvi formada davam etdirməsi ilə bağlı seçim imkanına malik olacağını deyib.

Son xəbərlər