Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Meksikada Ermənistanın son hərbi təxribatı işıqlandırıldı - VİDEO

20.08.2020 16:15 2 201
Meksikada Ermənistanın son hərbi təxribatı işıqlandırıldı - VİDEO
Azərbaycanın Meksikadakı səfiri Tovuz döyüşləri barəsində əcnəbi ictimaiyyətini məlumatlandırıb.

Belə ki, Meksikadakı səfirimiz Məmməd Talıbovun bu ölkənin “ADR Networks” internet televiziyasının “Hoy en el mundo para ti” (Dünyada bu gün baş verənləri sənə çatdırırıq) verilişində efirə getmiş müsahibəsi və “ContraRéplica” gündəlik qəzetində dərc olunmuş “Azərbaycana qarşı təcavüz davam edir” başlıqlı məqaləsində Ermənistanın son hərbi təxribatı barədə məlumat verilib.

Səfir, hər iki media orqanı vasitəsilə Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixindən etibarən Tovuz istiqamətində növbəti dəfə atəşkəs rejimini pozduğunu, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları sabotaj etmək istəyən Ermənistanın rəhbərliyinin məqsədinin xalqın diqqətini bu ölkədə mövcud olan ağır sosial-iqtisadi və siyasi vəziyyətdən yayındırmaq olduğunu bildirib.

Azərbaycanın daim beynəlxalq hüquq və sülh mövqeyindən çıxış etdiyini, regional və beynəlxalq əməkdaşlığa can atdığını deyən diplomat, Azərbaycanın inkişaf etmiş, güclü, sivil və demokratik bir ölkə kimi öz ərazisində başqa dövlətin silahlı qüvvələrinin olmasına tamaşaçı qalmayacağını və beynəlxalq ictimaiyyətin Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağı qəti şəkildə tələb etməsinin vaxtı çatdığını bir daha diqqətə çatdırıb. Səfir, Azərbaycan xalqının, işğal olunmuş ərazilərdən qovulmuş insanlarımızın beynəlxalq ictimaiyyətdən doğma torpaqlarına qayıtmağı tələb etdiyini bildirib.


скачать dle 11.3
Mojo.az Banner