Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlikdən Rəhim Yaqublunun əməliyyata ehtiyacı olması iddiaları ilə bağlı AÇIQLAMA

18.08.2020 17:19 1 463
Nazirlikdən Rəhim Yaqublunun əməliyyata ehtiyacı olması iddiaları ilə bağlı AÇIQLAMA
Müdafiə Nazirliyi (MN) sosial şəbəkələrdə müddətli həqiqi hərbi xidmətdə olan Yaqublu Rəhim Tofiq oğlunun hərbi xidmətdən əvvəl futbol oynayarkən dizindən aldığı travma ilə əlaqədar guya hərbi hissədə müalicə olunmadığı və əməliyyata ehtiyacı olması barədə yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyindən bildirilib ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq, onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar.

“2020-ci ilin yanvar ayında hərbi xidmətə çağırılmış əsgər Rəhim Yaqublu ilə bağlı bildiririk ki, o, hazırda hərbi xidmətdədir və xidmətini normal şəraitdə davam etdirir. Xidmətlə bağlı hər hansı bir narazılığının olmadığını özü də etiraf edir.

Hərbi xidmətdən əvvəl sol ayağının diz nahiyəsindən aldığı travma ilə bağlı o, cari ilin fevral, aprel və iyul aylarında bir neçə dəfə hərbi hospitalda hərbi həkim-travmatoloqlar tərəfindən müayinə olunub.

Diaqnozlar əsasında bu travmanın xidmətə maneə yaratmadığına, hər hansı əməliyyata ehtiyac olmadığına dair əsgərin tibb kitabçasında müvafiq qeydlər aparılıb. Bununla belə, əsgər Rəhim Yaqublu müayinə olunması üçün sabah yenidən hərbi tibb müəssisəsinə göndəriləcək.

Qeyd edirik ki, hər bir hərbi qulluqçunun özünün və ailə üzvlərinin istənilən müraciətinə həssaslıqla yanaşılır, məsələnin dərhal araşdırılaraq müsbət həlli istiqamətində müvafiq tədbirlər görülür.

Hərbi xidmətdə olduğu müddətdə zərurət yarandıqda hər bir əsgər peşəkar hərbi həkimlərimiz tərəfindən müayinə və müalicə olunurlar.

Bir daha bildiririk ki, sosial şəbəkələr vasitəsilə məsələnin siyasiləşdirilərək hərbi xidmətə müdaxilə edilməsi cəhdini qəti surətdə rədd edir və bu kimi hərəkətləri qəbuledilməz hesab edirik”, - deyə məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner