Mojo.az Banner
20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI + CƏDVƏL

13.08.2020 12:43 1 494
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI + CƏDVƏL
Azərbaycanda 2019-cu ildə ölüm səbəbləri üzrə statistika açıqlanıb.

Ötən il ölkədə qan dövranı sisteminin xəstəliklərindən (ürək-damar xəstəlikləri) ölənlər daha çox olub.

Dövlət Statistika Komitəsinin bundan əvvəlki məlumatlarında bildirilirdi ki, ötən il ölkədə 55 916 ölüm faktı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə, ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

2019-cu ildə Azərbaycanda 32 471 nəfər (2018-ci ildə bu rəqəm 33 909 təşkil edib) qan dövranı sistemi xəstəlikləri səbəbindən vəfat edib.

Ölkədə xəstəliklərdən ölümə səbəb olan ikinci amil isə yeni törəmələrlə (onkoloji xəstəliklər) bağlıdır. 2019-cu ildə yeni törəmələrdən ölənlər 8 819 nəfər olub. Bu, 2018-ci illə müqayisədə çoxdur. Belə ki, 2018-ci ildə eyni səbəbdən 8 718 ölüm faktı qeydə alınıb.

Ötən il travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 2 789 nəfər ölüb.

Səbəblər üzrə ölümdə həzm sistemi xəstəlikləri dördüncü yerdədir. Bu xəstəliklər Azərbaycanda ötən il 2 687 nəfərin həyatına son qoyub.

Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator müayinələrlə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalardan ölüm halları isə 2018-ci illə müqayisədə çox olub. İki il əvvəl bu hal üzrə 1 598, ötən il isə 1 687 ölüm qeydə alınıb.


скачать dle 11.3
Mojo.az Banner