Mojo.az Banner
19:12 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü  |     19:10 Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?  |     19:04 Tanınmış türkiyəli müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü  |     18:54 Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın  |     18:43 Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar  |     18:07 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış  |     18:05 Azərbaycandan Gürcüstana kiloqramlarla qiymətli metal keçirmək istədi - Foto  |     17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda DƏHŞƏT: 2 yaşlı oğlunun boğazını...

11.08.2020 23:55 1 428
Bakıda DƏHŞƏT: 2 yaşlı oğlunun boğazını...
Avqustun 5-də saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarətini yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.

Baş Prokurorluqdan yenicag.az-a verilən məlumata görə, həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilmiş və fakta görə Səbail RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, 10.08.2020-ci il tarixdə iş üzrə əməl Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsinə tövsif edilməklə cinayət işi Səbail rayon prokurorluğu tərəfindən icraata qəbul edilib.

Rayon prokurorluğunun müstəntiqi tərəfindən Emil Kazıyevin barəsində “ittiham elan edilməsi üçün tutulması” haqqında qərar qəbul edilib, lakin sonuncunun xəstəxananın reanimasiya şöbəsində stasionar müalicə almasını nəzərə alaraq, hazırda təqsirləndirilən şəxs qismində cəlb olunması mümkün olmayıb.

Qeyd edilməlidir ki, hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən azyaşlı Ömər Şabanovun şəxsiyyət kimi formalaşmasına, habelə onun mənəvi ikişafına, fiziki və psixi sağlamlığına təsir edən amillər, ümumilikdə maddi-məişət şəraiti hərtərəfli yoxlanılır və araşdırmanın nəticəsindən asılı olaraq Ömər Şabanovun gələcək həyat şəraiti, qulluq və qayğı vəziyyəti ilə bağlı qanuni tədbirlərin görülməsi təmin ediləcəkdir.скачать dle 11.3
Mojo.az Banner