Mojo.az Banner
18:54 Pişik sahiblərinin ən çox verdiyi sual: Qısırlaşdırmaq günahdırmı?  |     23:01 5 min illik iki məzar: Piramidaların inşasını anlamağa kömək edə bilər  |     22:53 Tanınmış aşığın nəvəsi vəfat etdi  |     22:47 “İndi məni cərimələsələr, bunlar ödəyəcəklər 1 manatdan?” - Video  |     22:39 Sumqayıtda evdə yanğın - Video  |     22:32 Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi  |     22:25 Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video  |     22:20 Can Kolukısa vəfat etdi  |     22:08 Keçəl olan şəxslərin NƏZƏRİNƏ!  |     22:00 Azərbaycanlı milyarderin sərvəti 1,41 milyard dollar azalıb  |     21:54 Mexaniklər ən yaxşı 5 ailə avtomobilini açıqladı  |     21:45 Yay depressiyası niyə yaranır? - Psixoterapevt açıqladı  |     21:37 İspaniya miqrantlara görə dənizdə maneə inşa edir  |     21:31 İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı  |     21:09 Xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?  |     21:05 Azərbaycanda nağdsız ödənişlərin həcmi 9,9 milyard manatı keçdi  |     20:59 Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir  |     20:50 Sənur Əzizov həbs edildi  |     20:44 Masallıda güclü YANĞIN: Alov taxıl sahələrinə keçdi  |     20:40 Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı  |    
Left Banner
Right Banner

Azərbaycan - Lüksemburq oyunu Bakıda keçirilməyə bilər - Karantinə görə

11.08.2020 12:40 2 691
Azərbaycan - Lüksemburq oyunu Bakıda keçirilməyə bilər - Karantinə görə
Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburqla ev matçının məkanı dəyişdirilə bilər.

Bu iddia ilə Lüksemburqun wort.lu saytı çıxış edib.

Bildirilib ki, 15-20 avqustda UEFA-nın videokonfrans formatında keçiriləcək iclasında Millətlər Liqası müzakirə olunacaq və yekun qərarlar veriləcək.

Nəşrin yazdığına görə, Azərbaycana girişlə bağlı bəzi məhdudiyyətlər olduğundan, Azərbaycan - Lüksemburq qarşılaşması sentyabrın 5-də neytral meydanda baş tuta bilər.

Lüksemburq Futbol Federasiyasının (FLF) prezidenti Pol Filip də açıqlamasında bunun müzakirə olunmasının vacibliyini vurğulayıb. O, pulu geri ala bilməyəcəkləri üçün hələlik çarter reysi sifariş etmək istəmədiklərini söyləyib:

“UEFA milli assosiasiyalarla təmasdadır. Xarici İşlər Nazirliyi Lüksemburqda hansısa komandanı qəbul edə biləcəyimizə təminat verib”.

Lakin AFFA-nın “apasport”a açıqlamasında bildirilib ki, sentyabrın 5-nə nəzərdə tutulan qarşılaşmanın yerinin dəyişdirilməsi müzakirə mövzusu deyil. Həmin oyun Bakı Olimpiya Stadionunda baş tutacaq.скачать dle 11.3
Mojo.az Banner