21:45 Marketdən siqaret və içki oğurlayan keçmiş məhkum saxlanıldı  |     21:28 Yeni piyada keçidinin inşası davam etdirilir - Video  |     21:23 Alpinistlər qar uçqunu altında qaldılar - Meyitləri axtarılır  |     21:16 Gəncədə iki avtomobil toqquşdu  |     21:10 "Çelsi"dən Bakı paylaşımı - Video  |     21:02 Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola düşüb  |     20:57 Bu gün Super Ay hadisəsi müşahidə olunur  |     20:50 Azərbaycanda ov qaydalarını pozan əcnəbilər saxlanılıb  |     20:44 AQTA: Son günlər şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlanıb  |     20:39 Zərdabda adları "Qırmızı kitab"a düşən quşları ovlayan ata və oğul saxlanılıb  |     20:25 Azərbaycanda meyit donordan ürək köçürülən şəxsin son durumu açıqlanıb  |     20:19 İrəvan metrosunda elektrik enerjisi təchizatında problem yaranıb  |     20:11 Ordubadda çörək sexinin fəaliyyəti dayandırılıb  |     20:06 Ermənistan İstintaq Komitəsi dövlət çevrilişi işi üzrə sübutlar əldə edib  |     19:59 Sabah hava yağışlı olacaq - PROQNOZ  |     19:54 Nazir: Gələn il imtiyazlı şəxslərin mənzillə təminatına 50 milyon manat xərclənəcək  |     19:45 Tacikistanda baş verən zəlzələ Özbəkistanda da hiss olunub  |     19:40 2019-24-cü illərdə narkotiklərlə mübarizədə 47 min 863 fakt aşkar edilib  |     19:33 Gələn il "Qaçqınkom"a subsidiya ayrılmayacaq  |     19:27 "Qarabağ"ın U-19 komandasının məşqçisi: "Azərbaycanda futbolçu qıtlığı xüsusilə aşağı yaş qruplarında özünü göstərir"  |    

Polis paytaxtda reydlər keçirib

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda və qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçirilib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xdimətindən Milli.Az-a verilən məlumata görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılmaqla, mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Diqqətə çatdırılıb ki, hər bir hərəkət iştirakçısı tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülüb.

Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 503 07.08.20 20:33