Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Sərt karantin günlərində 667 nəfər cərimələnib - VİDEO

04.08.2020 18:29 1 592
Sərt karantin günlərində 667 nəfər cərimələnib - VİDEO
Xaçmazda sərt karantin rejimi qaydalarını pozaraq tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib.

Baku TV xəbər verir ki, rayonda ümumilikdə sərt karantin rejiminin tətbiq edildiyi vaxtdan 667 nəfər cərimələnib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib. Reyd zamanı mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi vurğulanıb.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərə mövcud sanitar-gigiyenik qayda və tələblərə riayət etmələrinin vacibliyi izah olunub. Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində protokollar tərtib edilib, onlar cərimələniblər.

Rayonda keçirilən reyd zamanı gün ərzində 10-a yaxın, sərt karantin rejiminin tətbiq edildiyi vaxtdan isə ümimilkdə 667 karantin qaydası pozulması halına rast gəlinib və həmin şəsxlər inzibati qaydada cərimə olunub.скачать dle 11.3
Mojo.az Banner