Mojo.az Banner
12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeron RİH-dən satdığı soğanı yandıranla bağlı - Açıqlama

01.08.2020 17:16 1 931
Abşeron RİH-dən satdığı soğanı yandıranla bağlı - Açıqlama
"Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonunun Masazır kəndində meyvə-tərəvəz satışı ilə məşğul olan Vüqar Əzizov tərəfindən RİH-in adıçəkilən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənova etiraz əlaməti  olaraq satdığı soğanı yandırması ilə bağlı videogörüntülər yayılıb”.  Bu barədə  Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib.

"Məsələ ilə əlaqədar bildiririk ki, müəyyən olunmamış yerlərdə ərzaq və kənd təsərrüfatı məhsullarının satılması, küçə ticarəti ilə məşğul olmaq ətraf mühitin çirklənməsi, mərkəzi küçə və prospektlərin estetik gözəlliyinə xələl gətirməsi, insanların  sağlamlığına ziyan olmaqla yanaşı eyni zamanda da qanunla qadağandır.

Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmamış yerlərdə malların satılması inzibati məsuliyyət müəyyən edir. Bununla əlaqədar olaraq Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ş.Həsənov tərəfindən qanunamüvafiq olaraq satıcı V.Əzizova küçə ticarətinin dayandırılması və ərazinin təmizlənməsi ilə bağlı xabərdarlıq edilib. V.Əzizov isə qanunun tələblərinə riayət etməkdən imtina edib və satdığı soğanı yandırıb. Öz qanunsuz əməllərinin həyata keçirilməsi üçün belə şantaj vasitələrindən istifadə olunması yolverilməzdir. Rayon İcra Hakimiyyəti tərəfindən bu kimi qanunsuz əməllərin, küçə ticarətinin və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması istiqamətində bundan sonra da qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Sakinlərə müraciət edərək bildiririk ki, yerli icra və bələdiyyə orqanlarının, Qida Təhlükəsizliyi Agentliyinin və polis əməkdaşları ilə birgə aparılan reydlərə baxmayaraq bəzi fiziki şəxslər və istehsalçılar tərəfindən küçədə ərzaq məhsullarının, xüsusən də plasmas qablarda qazlı suların, kənd təsərrüfatı məhsullarının, tez xarab olan süd və süd məhsullarının heç bir gigiyenik normaya əməl olunmadan satışının həyata keçirildiyi müşahidə edilir. İsti yay günlərində bu məhsulların açıq havada satılması əhali arasında mədə-bağırsaq və qida zəhərlənmələrinin yaranması üçün əlverişli şərait yaradır.

Bununla yanaşı, satılmayan məhsullar, qida qalıqları və xarab olan kənd təsərrüfatı məhsulları yolların kənarlarına tökülür. Bu da antisanitariya vəziyyətinin yaranmasına, ətraf mühitin çirklənməsinə səbəb olur. Rayon ərazisində yaşanan bu kimi hallara qarşı yerli strukturlar tərəfindən qanunamüvafiq şəkildə tədbilər həyata keçiriləndə isə bəzi şəxslər tərəfindən küçə ticarətinin müdaifiə olunması, qanunlara əməl edilməməsi və hətta şantaj xarakterli əməllər törədilir ki, bu da son nəticədə rayonda sanitar-gigiyenik normaların pozulmasına gətirib çıxardır. Ona görə də Abşeron sakinlərindən küçə ticarətinə qarşı tədbirlərin aparılmasında aidiyyatı təşkilatlara köməklik göstərmələrini xahiş edirik. Bu həm də hər bir sakinin vətəndaşlıq borcudur”, - açıqlamada deyilir.

скачать dle 11.3
Mojo.az Banner