İyulun son günündə 36 dərəcə isti gözlənilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu gecə Mərdəkan və Şüvəlanda işıq olmayacaq  |     22:58 Qəbul imtahanının nəticələri elan olundu  |     22:52 Naxçıvan Konstitusiyasında nələr dəyişir? - TƏFƏRRÜAT  |     22:45 Ermənistan Rusiyaya nota verdi  |     22:40 Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır  |     22:31 70 ildən çoxdur istehsal olunur: ABŞ-da ən populyar avtomobil məlum oldu  |     22:24 Zərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir?  |     22:18 Cərimələrin 5 faizi polislərin sosial müdafiəsinə yönəldiləcək  |     22:10 Azərbaycanda ən çox əməkhaqqını bu peşə sahibləri alır - CƏDVƏL  |     22:03 Məhkəmədə gərgin anlar: İlhamə Elşadqızı hakimin sərt reaksiyası ilə üzləşdi  |     21:57 İranda internet tamamilə kəsilib  |     21:49 Bakıya suyun verilişi nə zaman bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA  |     21:44 İsrail qırıcıları İranın daxili təhlükəsizlik qərargahını məhv edib  |     21:36 İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib  |     21:30 Dünya çempionatı: Azərbaycanın olimpiya çempionu bürünc medal uğrunda görüşə çıxacaq  |     21:25 Bakıda 10 nəfərin partlayış nəticəsində öldüyü sexdə əksəriyyət qanunsuz işləyib - MƏHKƏMƏ  |     21:19 Ukraynanı tərk edən ölkə vətəndaşlarının sayı açıqlanıb  |     21:13 Qazaxıstan İrandan 109 vətəndaşını Azərbaycan və Türkmənistan vasitəsilə təxliyə edib  |     21:05 "Araz Supermarket"də qiymət fərqinə görə inzibati protokol tərtib edilib  |     20:59 Mütəxəssis yay günlərində uşaqların günvurmadan qorunması üçün valideynlərə müraciət edib  |    

İyulun son günündə 36 dərəcə isti gözlənilir

İyulun 31-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 30-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

İyulun 31-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 899 30.07.20 16:36