Mojo.az Banner
23:02 Macarıstanda parlament seçkisinin rəsmi nəticələri açıqlandı  |     22:56 Güclü yağışların səbəbi müharibədirmi?  |     22:47 Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə  |     22:43 Formula-1 komandalarının dəyəri nə qədərdir? - Təxmini qiymətlər  |     22:36 Azərbaycanın beş güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb  |     22:23 Öldü, amma filmdə oynayır: Süni intellektlə geri dönən Val Kilmer  |     22:18 Qızıl bazarında saxtakarlıq riski artır: Alıcılar necə qorunsun?  |     22:10 Banka borcunu ödəməyənlərə yeni qayda tətbiq edilə bilər  |     22:03 Premyer Liqa: Prinsipial görüşdə "Sabah" "Qarabağ"ı məğlub etdi  |     21:55 Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir"  |     21:47 Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir  |     21:39 Ağdamda gənc FACİƏLİ şəkildə öldü  |     21:34 Özündən 10 yaş böyük kişini qətlə yetirdi  |     21:26 Kürün səviyyəsi qalxıb, nasos stansiyalarına fasilə verilib  |     21:21 Uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb  |     21:12 Türkiyədə məktəbdə faciə: Ölənlər və yaralanan var  |     21:00 Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb  |     20:53 Sabah 25 dərəcə isti olacaq  |     20:42 Bakıda “Land Rover” yandı  |     20:34 Mingəçevirdə qazinin başına butulka ilə vurdular  |    
Left Banner
Right Banner

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

30.07.2020 12:21 1 490
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 42 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Acarlı, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.скачать dle 11.3
Mojo.az Banner