Bu gün növbəti buraxılış imtahanları keçirilib.
Baku TV xəbər verir ki, 13809 şagirdin iştirakının nəzərdə tutulduğu imtahanlar saat 11:00-da başlanıb.
Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət etməsinə icazə verilməyib. Nərimanov rayonundakı 39 saylı tam orta məktəbdə keçirilən imtahanlar da karantin rejimi şərtlərinə uyğun həyata keçirilib.
Ümumilikdə 29-30 iyulda imtahan keçirilən şəhər və rayonlarda 135 imtahan binası, 2131 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 135 ümumi imtahan rəhbəri, 362 imtahan rəhbəri, 2826 nəzarətçi-müəllim, 270 buraxılışı təşkil edən əməkdaş, 135 bina nümayəndəsi ayrılıb.