Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN-dən ögey ananın azyaşlı qızı vəhşicəsinə döyməsi ilə bağlı AÇIQLAMA - VİDEO

25.07.2020 16:13 3 882
DİN-dən ögey ananın azyaşlı qızı vəhşicəsinə döyməsi ilə bağlı AÇIQLAMA - VİDEO
Daxili İşlər Nazirliyi Astarada uşaqların döyülməsi məsələsinə münasibət bildirib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 6 və 10 yaşlı azyaşlıların döyülməsi ilə bağlı polisə müraciət ötən gün daxil olub:

“Bu barədə uşaqların əmisi DİN-in 102 zəng mərkəzinə müraciət edərək bildirib. Müraciətə dərhal reaksiya verilib və Astara Rayon Polis Şöbəsinin əməkdaşları dərhal sözügedən ünvana gediblər.

Müvafiq məhkəmə-tibbi ekspertizasının təyin olunması haqqında qərar qəbul edilib. Hazırda faktla bağlı Astara Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma davam etdirilir. Ekspertizanın verəcəyi rəydən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Astarının Ərçivan kəndində altı və 10 yaşlı bacı-qardaş ata və ögey ananın işgəncəsinə məruz qalıblar. 2010-cu il təvəllüdlü Məmmədov Əlihəsən Cavid oğlu və 2014-cü il təvəllüdlü Məmmədova Ruqayə Cavid qızı atası Məmmədov Cavid və analığı Mirzəyeva Sevinc tərəfindən iki il ərzində şiddət görüblər.

Belə ki, ata 10 yaşlı oğlunu ondan pul oğurladığını əsas gətirərək, döyüb və əlinə qaynar qaşıq basıb.


Son xəbərlər