Mojo.az Banner
22:40 Tanışlarının telefonunu satıb pulunu xərclədi, dələduzluğa görə məhkum edildi  |     22:33 Rotavirus uşaqlar üçün niyə təhlükəlidir? - Həkimlərdən xəbərdarlıq  |     22:28 İnterpol və 13 ölkədən birgə əməliyyat: 200-dən çox haker saxlanılıb  |     22:20 Bir gündə 116 mm yağıntı: Normadan artıq yağışların səbəbi nədir?  |     22:15 Azərbaycanda "halal" şirkətlərin milyonlarla borcu var  |     22:09 Kənd yumurtası bahalaşıb? (AÇIQLAMA)  |     22:01 Yeni kollektiv saziş: Sənəd əməkhaqqılarına necə təsir edəcək? (Video)  |     21:55 Keyfiyyətli yuxunun sirri - Elmi nəticə  |     21:38 Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı  |     21:31 Gürcüstanın baş naziri: "Bakıda imzalanan sazişlər strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcək"  |     21:26 Araz çəkildi, insan sümükləri üzə çıxdı - VİDEO  |     21:18 Sabah yollar dumanlı olacaq  |     21:13 Dondurulmuş məhsullar qida dəyərini itirir? - Video  |     21:05 Şakira məhkəmədə bəraət qazandı  |     21:00 Sabah 25° isti olacaq  |     20:52 Azad edilmiş ərazilərdə daha 57 mina aşkarlandı  |     20:47 "6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır" - Video  |     20:39 Yaralı əsgərlər bioloji silaha çevrilə bilərmi?  |     20:34 "Barselona"ya keçidinə görə üzr istədi  |     20:26 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb  |    
Left Banner
Right Banner

ABŞ səfiri Los-Anceles polisinə görə Azərbaycandan üzr istədi

24.07.2020 13:08 2 915
ABŞ səfiri Los-Anceles polisinə görə Azərbaycandan üzr istədi
Xarici İşlər nazirinin müavini Xələf Xələfovla Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Örl Litzenberqerq arasında 23 iyulda keçirilən görüşdə müzakirə olunan məsələlərin detalları açıqlanıb.

Bu barədə Xarici İşlər Nazirliyindən daxil olan məlumatda qeyd edilir.

Bildirilib ki, görüşdə X.Xələfov ilk olaraq Ermənistanın Azərbaycan-Ermənistan sərhədində həyata keçirdiyi hərbi təxribat ilə bağlı qarşı tərəfə məlumat verib.

Nazir müavini dünyanın müxtəlif ölkələrinin əsasən ermənilərin daha sıx məskunlaşdığı şəhərlərində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı hücum və təxribatlara əl atdığını diqqətə çatdırıb.

X.Xələfov bildirib ki, belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib.

21 iyulda Azərbaycanın Vaşinqtonda yerləşən səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində Azərbaycan əleyhinə yazıları əks etdirən baner bağlanıb və erməni media, mətbuat vasitələrində nümayiş etdirilib.

Nazir müavini ermənilərin daha bir təxribat və hücum əməlinin Los-Anceles şəhərində baş verdiyini deyib.

O, erməni radikal qruplarının Azərbaycan Respublikasının Los-Anceles şəhərindəki Baş Konsulluğunun yerləşdiyi binanı əhatəyə alaraq Azərbaycana qarşı aqressiv formada təxribatçı şüarlarla müşayiət olunan etiraz aksiyası keçirdiyini bildirib.

Aqressiv erməni nümayişçilərin Baş Konsulluğun önündə dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan Azərbaycan icması üzvlərinə hücum etdiyi və biri qadın olmaqla yeddi nəfər Azərbaycanlının müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunub.

X.Xələfov qeyd edib ki, Baş Konsulluq qarşısında dinc aksiya üçün yığışmış Azərbaycan icması nümayəndələrinə aqressiv erməni kütləsi tərəfindən edilən hücumun ABŞ polisi tərəfindən qarşısının alınmaması məyusedici haldır.

Nazir müavini əlavə edib ki, milli mənsubiyyətinə görə günahsız vətənpərvər Azərbaycanlılara erməni radikal qrupları tərəfindən polis qüvvələrinin gözü qarşısında hücum edilərək xəsarət yetirilməsi ABŞ-ın nüfuzuna xələl gətirir.

Azərbaycan tərəfinin buna qəti etirazını bildirdiyini və öz qanuni vəzifələrini yerinə yetirməyənləri qınadığını deyən X.Xələfov, ABŞ hökumətindən bu cinayətləri törətmiş erməni radikal birləşmələrinin məsuliyyətə cəlb edilməsinin və bu təxribat hadisələrinə hüquqi qiymət verilməsinin tələb edildiyini diqqətə çatdırıb.

X.Xələfov səfirlik və Baş Konsulluğumuzun toxunulmazlığı və fəaliyyətinin təhlükəsizliyinin pozulması ilə müşayiət olunan hadisələrin araşdırılmalı olduğunu və təxribat törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıb.

ABŞ səfiri Örl Litzenberqer qeyd edilən məsələlərlə bağlı məlumatlı olduğunu, baş verən hadisələrdən dolayı dərin təəssüf hissi keçirdiyini bildirib.

Los-Ancelesdə baş verən təxribatla bağlı danışan səfir, bunun bilavasitə aqressiv erməni nümayişçilər tərəfindən həyata keçirildiyinə dair təkzibedilməz sübutların mövcud olduğunu və dinc aksiya üçün oraya yığışmış azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmağın mümkünsüzlüyünü diqqətə çatdırıb.

Örl Litzenberqer ölkəsində dinc şəkildə söz azadlığı hüququnun dəstəkləndiyini, lakin ermənilərin Los-Ancelesdə həyata keçirdiyi aksiyanın qaragüruhdan ibarət olduğunu qeyd edib. Səfir, bunun qəbuledilməz və ABŞ ərazisində baş verməməli bir hal olduğunu ifadə edib.

Səfir Los-Ancelesin yerli hüquq mühafizə orqanları rəhbərliyinin baş vermiş erməni təxribatı və onun qarşısının alına bilməməsindən dolayı üzrxahlıq etdiyini, məsələ ilə bağlı araşdırmaların aparılacağını və müvafiq tədbirlərin görüləcəyini qeyd edib.

Sonda Örl Litzenberqer görüşdə qaldırılan məsələlərin, o cümlədən, Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi məsələsinin rəsmi Vaşinqton qarşısında qaldıracağını ifadə edib.скачать dle 11.3
Mojo.az Banner