Mojo.az Banner
18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Səfirlik: Gürcüstan vətəndaşlarının Azərbaycan sərhədini keçmələrində problem yoxdur

22.07.2020 20:11 3 213
Səfirlik: Gürcüstan vətəndaşlarının Azərbaycan sərhədini keçmələrində problem yoxdur
Dünən axşam saatlarından etibarən 221 Gürcüstan vətəndaşı Azərbaycanla sərhədi keçib və bu məsələdə heç bir problem yoxdur.

Bu barədə “Report”a Gürcüstanın Azərbaycandakı konsulu Natia Tsereteli bildirib.

O, öz vətəndaşlarını qəbul etməmələri barədə xəbərlərin əsassız olduğunu diqqətə çatdırıb: “Azərbaycanlı və yaxud gürcü olsun, fərqi yoxdur, hamısı bizim üçün Gürcüstan vətəndaşıdır. Kiminsə sərhəddə qaldığına gəlincə, bunlar hər iki tərəfdən texniki məsələlərdir. Belə ki, sərhədi keçmək üçün gələnlərin bir qismi səfirliyimizə bu barədə bildirməmişdi. Halbuki bu vacibdir, çünki onları əvvəlcədən qeydiyyata almalıyıq. Bunun üçün ya səfirliyin qaynar xəttinə zəng vurmalı, ya da səfirliyə gəlməlisiniz. Gələnlərin yerləşmələri, karantin keçmələri v s. məsələlərlə bağlı bütün texniki məqamları həll etməliyik. Bununla yanaşı, Azərbaycanda olan bir çox vətəndaşlarımızda hazırkı pandemiya üzündən sənədlərin və qeydiyyatın müddəti artıq başa çatıb. Odur ki, əvvəla bizim də köməyimizlə bunlar yoluna qoyulmalıdır ki, sərhəddə ilişib qalmasınlar, yaxud Azərbaycanda cərimə olunmasınlar. Biz tərəfdən heç bir problem yoxdur”.

Gürcüstanlı diplomat həmçinin Azərbaycan tərəfinə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargaha karantin dövründə vətəndaşlarının geri qaytarılmasına yardım üçün müraciət etdiklərini də bildirib: “Bunu da nəzakətlə yerinə yetirdilər. Xahişimizi yerə qoymayıb müvafiq qərar verildiyi üçün Azərbaycan hökumətinə bir daha təşəkkür etmək istərdik. İndiyədək min nəfərdən artıq Gürcüstan vətəndaşı Azərbaycandan çıxarılıb və bu işlər qətiyyən dayandırıla bilməz”.

Xatırladaq ki, bundan əvvəl də konsulluq Gürcüstan vətəndaşlarını vətənə qayıtmaq üçün müvafiq qaydada qeydiyyatdan keçməyə, bunun üçün də ya (050) 250 07 10 nömrəli qaynar xəttə zəng etməyə, ya da səfirliyə şəxsən gəlməyə çağırmışdı.скачать dle 11.3
Mojo.az Banner