Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 2011-ci ildən bəri ilk dəfə: Gümüşün qiyməti kəskin bahalaşdı  |     22:57 “TikTok”a yeni funksiya gəlir  |     22:50 Bakıda 7000 manatlı pensiya dələduzluğu  |     22:44 Tramp ölümüylə bağlı şayiələrə reaksiya verdi  |     22:38 Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?  |     22:31 Misirin Baş naziri: İsrail Qəzza ilə bağlı son təklifi qəbul etməlidir  |     22:25 Krımda rusların unikal peyk avadanlığı məhv edildi  |     22:16 Avropada ən ucuz pivə haradadır? - Ekspertlər lider şəhərləri açıqladı  |     22:08 Astarada 10 aylıq körpə hərarətdən öldü  |     22:00 Boksçu Co Baqner vəfat etdi  |     21:55 Bu vətəndaşlar 50% artıq subsidiya alacaqlar  |     21:46 Azərbaycanda qız məzun Hərbi İnstituta qəbul oldu - FOTO  |     21:41 Gözəl bir təbəssüm üçün lazım olan vitaminlər hansılardır?  |     21:33 İsmayıllıda ayılar kənddə göründü - VİDEO  |     21:32 Amerikada təyyarələr havada toqquşdu - Ölən və yaralılar var  |     21:25 Tokayev: "Xəzər dənizi ilə bağlı vəziyyət ekoloji fəlakətə yaxınlaşır"  |     21:15 Husilər İsrailin neft tankerini vurublar  |     21:07 Naxçıvanda çörək sexində nöqsanlar aşkarlandı  |     21:01 Abşeronda narkokuryerlikdə təqsirləndirilən şəxslər həbs olunublar  |     20:56 "Aston Villa" "Mançester Yunayted"in futbolçusunu transfer edib  |    

Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir

Bakıda və Abşeron yarımadasında iyulun 21-də havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 34-39, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı - 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27, Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 36-41, dağlarda gecə 16-21, gündüz 23-28 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 21-də Abşeron yarımadasında isti temperatur diskomfortu və günün bəzi saatlarında durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            891 20.07.20 14:39