Mojo.az Banner
22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda zibil qabından yeni doğulmuş körpənin meyiti tapılıb

16.07.2020 14:52 3 752
Bakıda zibil qabından yeni doğulmuş körpənin meyiti tapılıb
Dünən saat 17:15 radələrində Bakının Yeni Suraxanı qəsəbəsində qəbiristanlıq keşikçisi, 1957-ci il təvəllüdlü Sərdar Babayev zibillikdən yeni doğulmuş körpənin meyitini tapıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, körpə oğlan aşkar edildiyi gündən təxminən bir həftə əvvəl doğulub.

Araşdırma zamanı rayon polis idarəsinin əməkdaşları yeni doğulmuş uşağın valideynlərinin kimliyini müəyyənləşdiriblər.

Məlum olub ki, qadın (adı müəyyən səbəblərə görə, qeyd olunmur) vaxtından əvvəl doğulmuş körpəsini yerli xəstəxanalardan birində dünyaya gətirib.

Bir müddət sonra körpə vəfat etdiyindən, həkimlər cəsədi dəfn etmək üçün valideynlərə təhvil veriblər.

Lakin valideynləri onu qəbiristanlığın yaxınlığında yerləşən zibilxanaya atıblar.

"Valideynlərin davranışından sarsıldıq və hesab edirik ki, belə insanların uşaq sahibi olmaq üçün mənəvi haqları yoxdur”, - deyə, hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib.скачать dle 11.3
Mojo.az Banner