Azərbaycanda Elektron Su Təsərrüfatı İnformasiya Sistemi yaradılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:17 Beş min dollarlıq yardım yalanına inandı, pullarını itirdi  |     17:46 Ölkədə nikahlar artıb, boşanmalar isə azalıb  |     17:01 Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib  |     16:45 Azərbaycanda adambaşına düşən nominal gəlir 3 333 manata çatıb  |     16:28 Azərbaycandan İsrail rəhbərliyinə MESAJ  |     16:25 Peskov rusiyalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi  |     16:03 "Qumar kralı"nın işi ilə bağlı tutulan şəxs azadlığa buraxıldı  |     15:42 İsrail İranın raket hücumları nəticəsində zərər və itkiləri AÇIQLADI  |     15:35 "Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı  |     15:34 Olimpiadada Rusiyanı Fransa əvəzləyəcək  |     15:32 Əcnəbilərin İran ərazisindən Azərbaycana keçməklə təxliyə prosesi davam edir - FOTO  |     15:17 Pensiyadan vaxtından əvvəl istifadə imkanı: Özəl fondların xüsusiyyətləri  |     15:15 Bakıda 62 yaşlı kişi tanışını bıçaqladı  |     14:46 Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək  |     14:35 "Sabah" daha iki məşqçisi ilə yolları ayırdı  |     13:54 Şirvanda yaşayış binası yandı  |     13:26 İran İsrailə hücumda ilk dəfə müasir şaquli buraxılış raketlərindən istifadə edib  |     13:12 İsmayıllıda oğul atasını söyüşə görə bıçaqlayıb? - TƏFƏRRÜAT  |     13:01 Vasif Talıbovun yaratdığı fond LƏĞV EDİLDİ  |     12:53 Masallıda 40 yaşlı kişi istirahət mərkəzində öldü  |    

Azərbaycanda Elektron Su Təsərrüfatı İnformasiya Sistemi yaradılıb

"Azərbaycanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq sərəncamınızla Komissiya yaradılıb. Komissiyaya su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif olması, sudan istifadədə itkilərin yüksək olması, sudan qənaətlə istifadə edilməməsi, suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin aşağı səviyyədə olması, nəzarətdənkənar qoşulmalar, uçot və nəzarət sisteminin zəif olması kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi tapşırılıb".

Median.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

"Komissiya intensiv fəaliyyətə başlayıb, bütün aidiyyəti qurumların koordinasiyası təmin edilib su ehtiyatları barədə operativ məlumat sistemi qurulub, alınan məlumatların gündəlik təhlili və nəzarət təmin olunub. Vəziyyətin ciddiliyi nəzərə alınaraq, xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunub və Komissiyada mütəmadi baxılır. Məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 570 mindən artıq əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunub. Yaradılmış proqram təminatı sayəsində qrafiklər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiya olunur. Suvarmaya dair problemlərin operativ qaydada həlli məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə “Azmelsutəsərrüfat” ASC-nin fəaliyyəti əlaqələndirilib, “Çağrı mərkəzi” (8770) yaradılıb. Çoxsaylı müraciətlərə fərdi qaydada baxılması üçün iş aparılır", - deyə o, qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, operativ tədbirlərlə yanaşı, ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı tərtib edilib: "Su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi dəyərləndirmələrin aparılmasına imkan verən su təsərrüfatı balansı əvvəlki üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəricilərini əks etdirir.

Su təsərrüfatı balansının formalaşması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı “Elektron su təsərrüfatı” informasiya sistemi yaradılıb. Hazırda su təsərrüfatı balansı sistemə ayrıca modul şəklində daxil edilmişdir. Eyni zamanda, su obyektlərində müasir ölçmə cihazlarının quraşdırılması həyata keçirilir. Növbəti mərhələlərdə aidiyyəti qurumların informasiya sistemlərinin inteqrasiyası və su obyektləri üzrə məlumatların real vaxt rejimində sistemə ötürülməsi təmin ediləcək. Ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə prioritet layihələrə, habelə içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır.

Bununla yanaşı, itkilərin azaldılması həlli vacib istiqamətlərdəndir. Suvarma sahəsində itkilərin əsas səbəblərindən biri suvarma kanallarının əksəriyyətinin torpaq məcralardan olmasıdır. İtkilərin azaldılması və su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə də prioritet layihələrlə bağlı təkliflər hazırlanır.

Tapşırıqlarınıza uyğun olaraq, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üzrə təkliflər yaxın müddətdə Sizə təqdim olunacaq".//report.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 175 15.07.20 23:32