Mojo.az Banner
19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |     16:48 Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?  |     16:47 Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?  |     16:46 Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı

15.07.2020 15:39 1 877
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı
“Bəhram Bağırzadə son iki gündə süni tənəffüs aparatından tamamilə ayrılmış vəziyyətdədir. Bu gün üçün ümumi vəziyyəti qənaətbəxşdir”.

Bunu Oxu.Az-a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Bəhram Bağırzadə ağır və çətin günləri yavaş-yavaş da olsa, geridə qoyub:

“Heç kəsin ümidi olmadığı halda, müalicə davam etdirildi. Müəyyən müddət ECMO cihazına qoşulu vəziyyətdə qaldı. İki gündür ki, süni tənəffüs aparatından da ayrılmış vəziyyətdə müalicəsinə davam edir.

Bəhram Bağırzadə realibitasiya prosesini keçir. Tibbi nöqteyi-nəzərdən zəruri olan göstəricilər tamamilə stabilləşdikdən sonra qısa müddətdə normal palataya köçürülməsi gözlənilir.

Analizlərin nəticələri əsasında deyə bilərəm ki, orqanizmin ümumi göstəriciləri norma çərçivəsindədir. O, artıq danışa bilir. Tam ayılandan sonra istədiyi kimi daha da rahat danışacaq. Lakin uzun müddət reanimasiyada, dərin koma vəziyyətində qaldığı üçün orqanizmin fiziki olaraq özünü bərpa etməsinə zaman tələb olunur. Ümid edirik ki, Bəhram Bağırzadə problemsiz şəkildə yaxın günlərdə sevdikləri ilə görüşə biləcək”.

Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.скачать dle 11.3
Mojo.az Banner