Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Parlament rəsmisi: “Milli Məclisin inzibati binasında dağıntılar törədilib”

15.07.2020 13:36 1 414
Parlament rəsmisi: “Milli Məclisin inzibati binasında dağıntılar törədilib”
Milli Məclis dünənki hadisə ilə bağlı məsələyə münasibət bildirib.

Jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əli bildirib ki, dünən gecə Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərə dəstək olaraq yürüş keçirilib:

“Yürüşün keçirildiyi ərazidə və Şəhidlər Xiyabanı, Milli Məclis ərazisində vətəndaşlar toplaşmışdı. Həmin yürüşü edən vətəndaşların bir qismi qanunsuz olaraq Milli Məclisin inzibati binasına daxil olublar və bir sıra dağıntılar törədiblər.

Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və binadan çıxarılıblar. Yürüş təşkil edən qrup binadan çıxarılandan sonra Milli Məclisin spikeri Sahibə Qafarova vəziyyətlə yerindəcə tanış olub. Fəsadların aradan qaldırılması üçün tapşırıq verilib”.

O qeyd edib ki, Milli Məclisin mülkiyyətinə vurulan ziyan hesablanacaq və məlumat veriləcək:

“Bu, qanunsuz olaraq binaya daxil olma cəhdidir. Bunun qarşısı polislər tərəfindən alınıb. Təxribat törədən qüvvələrlə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.скачать dle 11.3
Mojo.az Banner