Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Dubay-Bakı aviareysi bərpa olunub

14.07.2020 17:48 1 840
Dubay-Bakı aviareysi bərpa olunub
İyulun 14-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "FlyDubai" aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayıb.

Median.Az Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Məlumata əsasən, bu zaman reyslər xüsusi şərtlərə əsasən həyata keçiriləcək.

Belə ki, BƏƏ-yə giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar, Bakıdan Dubaya reysə yalnız əvvəlcədən vizanın alınmasına ehtiyacı olmayan, turizm vizası olan, BƏƏ-də daimi yaşayış icazəsi  olan sərnişinlərə icazə verilir.

Qeyd olunan sərnişinlər https://smart.gdrfad.gov.ae/Smart_OTCServicesPortal/ReturnPermitServiceForm.aspx keçidindən istifadə etməklə giriş icazəsini almaq üçün müraciət etməlidirlər.

Digər əmirliklərin rezidentləri https://smartservices.ica.gov.ae/echannels/web/client/default.html#/login keçidindən istifadə etməklə icazə almalıdırlar. 

Giriş icazəsi reysə qeydiyyatdan keçməzdən əvvəl alınmalıdır.

Bundan əlavə, Dubaya gələn bütün sərnişinlər aşağıda qeyd olunan əlavəni yükləməli və qeydiyyatdan keçməlidirlər:

"Android": https://play.google.com/store/apps/details?id=ae.gov.dha.covid19&hl=en_US;

iOS: https://apps.apple.com/ae/app/covid19-dxb-smart-app/id1504818399.

Dubaydan Bakıya reyslərə aviabiletlər  yalnız Azərbaycan vətəndaşları tərəfindən əldə edilə bilər.

Yeni qaydalara uyğun olaraq yalnız  koronavirus (COVID-19)  testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənmişdir. Siyahıya "Referans" laboratoriyası, "Leyla" klinikası, "Memorial" klinikası, "Bona Dea" xəstəxanası, "İnci" laboratoriyası, Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM), "Caspian Hospital" və "UltraLab"” laboratoriyaları daxildir.

BƏƏ-də PCR-testinə dair arayış təqdim edən klinika və laboratoriyalarda  müayinədən keçmək olar.скачать dle 11.3
Mojo.az Banner