Hikmət Hacıyev: “Baş verənlər Ermənistan silahlı qüvvələrinin məqsədyönlü hərbi təxribatıdır” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:03 KİV: Ağ Ev rəhbəri İrana danışıqlar masasına oturmaq üçün son şans verəcək  |     18:57 "TikTok"da vətəndaşların pulunu ələ keçirən şəxs SAXLANILDI - VİDEO  |     18:41 İsrail Rusiyanın vasitəçiliyini rədd etdi  |     18:36 Xaçmazda üçüncü kurs tələbəsi vəfat etdi  |     18:32 Camal Hill və Xalil Rauntri Dağüstü Parkda üz-üzə gəldilər - FOTO  |     18:17 Beş min dollarlıq yardım yalanına inandı, pullarını itirdi  |     17:46 Ölkədə nikahlar artıb, boşanmalar isə azalıb  |     17:01 Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib  |     16:45 Azərbaycanda adambaşına düşən nominal gəlir 3 333 manata çatıb  |     16:28 Azərbaycandan İsrail rəhbərliyinə MESAJ  |     16:25 Peskov rusiyalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi  |     16:03 "Qumar kralı"nın işi ilə bağlı tutulan şəxs azadlığa buraxıldı  |     15:42 İsrail İranın raket hücumları nəticəsində zərər və itkiləri AÇIQLADI  |     15:35 "Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı  |     15:34 Olimpiadada Rusiyanı Fransa əvəzləyəcək  |     15:32 Əcnəbilərin İran ərazisindən Azərbaycana keçməklə təxliyə prosesi davam edir - FOTO  |     15:17 Pensiyadan vaxtından əvvəl istifadə imkanı: Özəl fondların xüsusiyyətləri  |     15:15 Bakıda 62 yaşlı kişi tanışını bıçaqladı  |     14:46 Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək  |     14:35 "Sabah" daha iki məşqçisi ilə yolları ayırdı  |    

Hikmət Hacıyev: “Baş verənlər Ermənistan silahlı qüvvələrinin məqsədyönlü hərbi təxribatıdır” - VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı 2020-ci il iyulun 13-də Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” kanalına müsahibə verib.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin sərhəddə artilleriyadan istifadə etməklə növbəti təxribat törətdiyini bildirən H.Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin hədəf alındığını, dörd azərbaycanlı zabit və əsgərin öldürüldüyünü və beş nəfərin yaralandığını diqqətə çatdırıb.


Bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğu və Ermənistan hökumətinin buna görə birbaşa məsuliyyət daşıdığı qeyd olunub.

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatının qarşısını almaq üçün əks tədbirlər görməyə məcbur olduğunu qeyd edən H.Hacıyev məlum hadisəni təcavüz, gücdən istifadə və Ermənistan silahlı qüvvələrinin məqsədyönlü hərbi təxribatı kimi xarakterizə edib.

Danışıqlar prosesinə toxunan H.Hacıyev Ermənistanın cəzasızlığının onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirdiyini xüsusilə vurğulayıb.

Beynəlxalq ictimaiyyətin, ələlxüsus ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini daha da artırmalı olduğunu söyləyən H.Hacıyev Ermənistanın regionda iki ölkənin sərhədində daha bir münaqişə ocağı yaratmağa çalışdığını söyləyib və bunu artıq həssas olan regional sülhü və təhlükəsizliyi təhdid etmək istiqamətində Ermənistanın məsuliyyətsiz fəaliyyəti kimi qiymətləndirib.

Azərbaycana qarşı təcavüzkar fəaliyyətə görə məsuliyyət daşıyan Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən imtina etdiyi və azərbaycanlı məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıda bilmədikləri təəssüflə qeyd olunub.

H.Hacıyev beynəlxalq ictimaiyyəti xüsusilə COVİD-19 dövründə Ermənistanın hərəkətlərini ciddi şəkildə qınamağa çağırıb. Habelə məlum təxribatı Ermənistan hökumətini daxili sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq cəhdi kimi dəyərləndirib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin çıxışına toxunan H.Hacıyev həmsədrlərdən təkcə tərəflər arasında məlumat mübadiləsi aparmaqla məşğul olmamalarını bildirərək, onlardan danışıqlar prosesinin əsas fundamental əsaslarının icrasının gözlənildiyini bildirib.

Eyni zamanda, H.Hacıyev münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Görüş xatirinə görüşün keçirilməsinin qəbuledilməz olduğunu söyləyən H.Hacıyev bunun Ermənistan üçün işğalı davam etdirmək üçün görüntü olduğunu xüsusilə vurğulayıb. Habelə Azərbaycanın gözləntilərinin ilk növbədə həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin tədbirlər görməli olduğu bildirilib.

Müsahibə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 511 14.07.20 12:56