Mojo.az Banner
13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik: Poliklinikalara müraciət telefon vasitəsi ilə olmalıdır

10.07.2020 19:38 1 550
Nazirlik: Poliklinikalara müraciət telefon vasitəsi ilə olmalıdır
"Poliklinikalara müraciət mümkün qədər telefon vasitəsi ilə olmalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.

N. Zeynalov qeyd edib ki, Bakı şəhəri üzrə poliklinikaların hamısının əlaqə nömrəsi var: "Çalışmalıyıq ki, potensial xəstə olan insanların evdə qalmasını təmin edək. Poliklinikaların girişində və yaxınlığında xüsusi məntəqələr də yaradılıb. Çalışırıq ki, potensial koronavirus xəstəsi olanlarla olmayanlar qarşılaşmasın. Poliklinikada həkimə telefonla müraciət edilməli, koronavirus şübhəsi varsa, həkim briqadası ev şəraitində test üçün yaxma götürməlidir. Əgər xəstə poliklinikaya gəlibsə, şübhə varsa, yaxma götürülür və əgər vəziyyəti ağır deyilsə, xüsusi maşınla evə gətirilir”.

Səhiyyə Nazirliyinin aparat rəhbəri nəzərə çatdırıb ki, tibb işçiləri vaxtı vaxtında qoruyucu geyimlərlə təmin olunur, dəyişdirilməsi həyata keçirilir.
скачать dle 11.3
Mojo.az Banner