Mojo.az — elanlar
Son Xəbərlər
20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |     19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |    
Mojo.az Avto
Mojo.az Avto

TƏBİB rəsmisi yayla əlaqədar rayona getmək istəyənlərə səsləndi

10.07.2020 17:48 1 914
TƏBİB rəsmisi yayla əlaqədar rayona getmək istəyənlərə səsləndi
“Yay mövsümü ilə əlaqədar rayona gedə bilməyən insanlardan çoxsaylı müraciətlər alırıq”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, təəssüf ki, bütün dövrlərdə pandemiya ilə mübarizədə ən effektiv üsul karantin metodudur:

“Bu xəstəliyin inkubasiya dövrü 14 gündür. İnsanlar Bakıdan rayona və ya rayondan paytaxta gəlməklə digər insanları da bilmədən yoluxdura bilər.

Bu məsələ nəzərə alınır. İnsanların həyatını riskə atmamaq üçün bu məsələ hələlik müzakirə edilir. Səbrli olmağı tövsiyə edirik”.

Son xəbərlər