16:15 Xaçmazda yeniyetmə anasını bıçaqlayıb öldürdü  |     16:11 "Nömrə adından çıxarılır, amma xəbərin yoxdur" - Mobil operatorlardan açıqlama (Video)  |     16:09 Radikal dindar arvadını beysbol dəyənəyi ilə döyərək öldürdü - Bakıdakı dəhşətli qətlin təfərrüatı  |     14:58 Türkiyədə milyonlarla dollar dələduzluqda ittiham olunan kriptovalyuta birjasının qurucusu həbsxanadakı otağında ölü tapıldı  |     14:48 Putin azərbaycanəsilli diplomat İradə Zeynalova ilə bağlı fərman imzaladı  |     14:40 Noyabrın ilk bazar gününün havası  |     14:23 ABŞ-də neft emalı zavodunda partlayış: Yaralananlar var  |     14:22 "TikTok"da saxta elanlar paylaşaraq vətəndaşların pulunu ələ keçirən şəxs SAXLANILDI - Video  |     14:16 Ramiz Mehdiyevin həyat yoldaşı da işdən çıxarıldı - YENİ TƏYİNAT  |     13:58 Luvrdan oğurlanmış qiymətli əşyaların kimə satılmaq istənildiyi açıqlandı  |     13:57 Vilayət Eyvazov Kürdəmirdə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video  |     13:54 Bakı metrosunun bəzi stansiyalarında YENİ ÜSULLA ödəniş mümkündür  |     13:44 Dövlət Yol Polisi sürücülərə müraciət edib  |     13:32 Bakıda azyaşlı qızının çılpaq videosunu yayan psixoloq qadına hökm oxundu  |     13:31 Ötən ay 8 milyon manatdan çox qaçaqmal aşkar edilib  |     13:28 Dembele "Bavariya" ilə oyuna hazırlaşır  |     13:11 Salyanda 2-ci sinif şagirdi vəfat edib  |     22:53 Azərbaycanlı tələbə Türkiyədə qəzada həlak oldu: Sürücü saxlanıldı  |     22:46 Tramp Venesuelaya zərbələrlə bağlı qərarını açıqladı  |     22:39 Paltaryuyan maşındakı sadə tənzimləmə enerji sərfini azaldır – Qəbz yarıbayarı düşür  |    

Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini açır - RƏSMİ

"Azərbaycan dövləti tərəfindən verilən tapşırıqlar əsasında "Azərbaycan Hava Yolları” QSC Bakı-Berlin və Bakı-London çarter reysləri barədə danışıqlar aparıb, bu reyslərin təşkili üzrə razılıq əldə edilib”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-də yayımlanan "Hədəf” verilişində deyib.

O bildirib ki, Bakı-Berlin, Bakı-London və Bakı-Dubay reysləri üçün müvafiq sənədlərin mübadiləsindən sonra həmin istiqamətlər üzrə uçuşlarla vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq.

"Təbii ki, müntəzəm xarakter daşıyacaq çarter reysləri ilə yanaşı, konkret məntəqələr üzrə də vətəndaşlarımızın ölkəmizə gətirilməsi təmin olunacaq.

Bu həftə və gələn həftə üzrə təxliyyə proqramları bəllidir. Bu həftə Moskva-Bakı istiqamətində "Evə gedirəm” portalında qeydiyyata düşən vətəndaşlarımızın təxliyyəsi həyata keçiriləcək. Kiyev-Bakı istiqamətində reys təşkil edilib, Ər-Riyad - Bakı reysi həyata keçirilir”, - deyə H.Hacıyev əlavə edib.

Prezidentin köməkçisi söyləyib ki, gələn həftə ərzində Doha-Bakı, Moskva-Bakı reysləri olacaq:

"Mərkəzi Asiya ölkələrində olan vətəndaşlarımızı birləşdirərək, təxliyyəsi üçün konkret reyslərin təşkili istiqamətində işlər aparılır. Bütün bunlar dövlətimizin vətəndaşlarına diqqət və qayğısının nəticəsidir”.

H.Hacıyev onu da qeyd edib ki, bu reyslər təşkil edilən zaman sanitar-gigiyenik qaydalara əməl olunması şərtdir:

"Müəyyən olunan qayda belədir ki, istər Azərbaycan vətəndaşı, istərsə də ölkəmizə gəlmək istəyən xarici ölkə vətəndaşları olsun, mütləq müəyyən olunmuş məntəqələrdə testlərdən keçməlidirlər.

Şərtlərdən biri də ondan ibarətdir ki, ölkəmizə gələnlər təyyarənin göyərtəsində xüsusi iltizam sənədi imzalayırlar ki, 14 gün müddətində xüsusi karantin rejimində olacaqlar. Vətəndaşlarımız bunu anlayışla qəbul edirlər. Əsas məqsəd vətəndaşlarımızın, onların ailə üzvlərinin sağlamlığının, cəmiyyətimizin və dövlətimizin qorunmasıdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 741 10.07.20 13:58