16:29 Kanadanın baş naziri Trampdan üzr istəyib  |     16:22 Azərbaycanda bu sahələr daha çox gəlir gətirəcək (SİYAHI)  |     16:21 Təbrizdə təyyarə qəzaya uğradı  |     16:21 Buzovna sahilində köməksiz qalan balıqçılar belə xilas edildi - Video  |     16:20 Ötən ay 511 nəfər ölkədən qaçmağa çalışıb  |     16:19 "Ramiz Mehdiyev mənim bütün ailəmi terror altında saxlayırdı" - Gültəkin Hacıbəyli  |     16:15 Xaçmazda yeniyetmə anasını bıçaqlayıb öldürdü  |     16:11 "Nömrə adından çıxarılır, amma xəbərin yoxdur" - Mobil operatorlardan açıqlama (Video)  |     16:09 Radikal dindar arvadını beysbol dəyənəyi ilə döyərək öldürdü - Bakıdakı dəhşətli qətlin təfərrüatı  |     14:58 Türkiyədə milyonlarla dollar dələduzluqda ittiham olunan kriptovalyuta birjasının qurucusu həbsxanadakı otağında ölü tapıldı  |     14:48 Putin azərbaycanəsilli diplomat İradə Zeynalova ilə bağlı fərman imzaladı  |     14:40 Noyabrın ilk bazar gününün havası  |     14:23 ABŞ-də neft emalı zavodunda partlayış: Yaralananlar var  |     14:22 "TikTok"da saxta elanlar paylaşaraq vətəndaşların pulunu ələ keçirən şəxs SAXLANILDI - Video  |     14:16 Ramiz Mehdiyevin həyat yoldaşı da işdən çıxarıldı - YENİ TƏYİNAT  |     13:58 Luvrdan oğurlanmış qiymətli əşyaların kimə satılmaq istənildiyi açıqlandı  |     13:57 Vilayət Eyvazov Kürdəmirdə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video  |     13:54 Bakı metrosunun bəzi stansiyalarında YENİ ÜSULLA ödəniş mümkündür  |     13:44 Dövlət Yol Polisi sürücülərə müraciət edib  |     13:32 Bakıda azyaşlı qızının çılpaq videosunu yayan psixoloq qadına hökm oxundu  |    

Sabah yağış yağacaq

Azərbaycanda şənbə gününün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

İyulun 11-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 28-33, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 11-də Abşeron yarımadasında arabir güclənən xəzri fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 241 10.07.20 13:42