Mojo.az Banner
SON DƏQİQƏ
21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə Azərbaycan əsilli sevgilisini öldürən şəxsə AĞIR CƏZA

10.07.2020 11:11 1 543
Türkiyədə Azərbaycan əsilli sevgilisini öldürən şəxsə AĞIR CƏZA
Türkiyənin Konya şəhərində Azərbaycan əsilli qadını öldürməkdə ittiham olunan şəxsə 15 il 6 ay müddətinə həbs cəzası verilib.

Bu barədə Haberler.com məlumat yayıb.

Beşinci Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan Rahim Aracı və onun qaçmasına kömək etdiyi iddia olunanlar qatılıb.

Məhkəmənin qərarı ilə hadisəni törədən Rahim Aracı 14 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, Aracıya “6136 saylı Qanuna müxaliflik” ittihamı ilə 1 il 6 ay həbs cəzası da verilib.

Müttəhimin vəkili, hadisədən sonra ona yardım etdiyi qeyd olunan Selahattin Eyyubi 10 ay həbsə məhkum edilsə də, cəzası təxirə salınıb.

Eyni ittihamla mühakimə olunan Ali Dalkıç və Erol Gümüş də 7 ay 15 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, hadisə ötən il iyulun 24-də Konyanın Fevzi Çakmak məhəlləsində baş verib. Daha əvvəl ərindən boşanan, üç uşaq anası Sahibə Yükselir hadisədən bir gün əvvəl - iyulun 23-də evli olan “sevgilisi” Rahim Aracının iş yerinə gedib.

Orada Yükselir və Aracı arasında mübahisə olub. Tezliklə davaya çevrilən mübahisəyə polislər müdaxilə edib. Hadisə yerində tərəflər heç biri şikayətçi olmayıb və barışdıqlarını deyib. Lakin bir gün sonra Rahim Aracı avtomobili ilə iş yerinə gələrkən avtomobildə yenə S.Yükselirlə mübahisə edib.

R.Aracı tapançasını çıxararaq, qadına səkkiz güllə vurub, onu yaralı halda avtomobildən ataraq qaçıb. Hadisə yerinə gələn polislərə Sahibə “Məni Rahim vurdu” deyib. Qadın xəstəxanada keçinib.скачать dle 11.3

Son xəbərlər

MOJO.AZ

Seçilmiş elanlar

Bütün elanlar