Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Fairmont” müştərilərdən üzr istədi, hovuzu bağladı

07.07.2020 22:10 1 275
“Fairmont” müştərilərdən üzr istədi, hovuzu bağladı
“Faitmont Baku” hoteli açıq hava hovuzunun fəaliyyətini dayandırıb.

Bu barədə hotelin yaydığı məlumatda bildirilir:

“COVID-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə, “Fairmont Bakı” ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır.

Bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq, hotel fəaliyyət göstərməyə və qonaqları qəbul etməyə davam edəcək. “Fairmont Bakı”da yüksək sanitariya standartlarına bütün sahələrdə riayət olunur və bura sağlamlıq və təhlükəsizlik tələbləri daxildir. COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri kimi tətbiq olunan standartlar TƏBİB tərəfindən hazırlanmış tövsiyələrə tam uyğundur”.

“Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də, biz, Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər, hotelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz bu yaxınlarda hoteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik”, - deyə Fairmont Bakı Alov Qüllələrinin Baş meneceri Metyu Qreppo bildirib.скачать dle 11.3
Mojo.az Banner