Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda həkim-rentgenoloq koronavirusdan öldü

07.07.2020 21:45 1 290
Sumqayıtda həkim-rentgenoloq koronavirusdan öldü
Sumqayıtda daha bir həkim koronavirusdan vəfat edib.

Median.Az
medicina.az-a istinadən bildirir ki, bir müddət əvvəl COVID-19-a yoluxan həkim-rentgenoloq Fəxrəddin Əliş oğlu Məmmədov müalicə aldığı pandemiya xəstəxanasında həyatını itirib.

O, Sumqayıt şəhər 5 saylı uşaq poliklinikasında çalışıb.

5 saylı uşaq poliklinikasının baş həkimi Mehbarə Cavadova Oxu.Az-a açıqlamasında faktı təsdiq edib:

"Həkim-rentgenoloq Fəxrəddin Məmmədov ayın 29-u mənimlə telefon əlaqəsi saxlayıb və özünü yaxşı hiss etmədiyini, müayinəyə getdiyini deyib. Ayın 30-u isə xəbərimiz oldu ki, KT nəticələrində həkimin ağciyərlərində buzlu şüşə sindromu aşkarlanıb.

Dərhal xəstəxanaya yerləşdirildi. Vəziyyətindən xəbərdar olmaq üçün hər gün əlaqə saxlayırdıq. Təəssüf ki, ötən gün Fəxrəddin Məmmədov müalicə aldığı Sumqayıt şəhər 1 saylı xəstəxanada koronavirusdan vəfat edib".

M.Cavadova 5 saylı uşaq poliklinikasında çalışan daha dörd tibb işçisinin koronavirusa yoluxduğunu qeyd edib:

"Əməkdaşlarımız arasında daha dörd nəfərdə COVID-19 aşkarlanıb. Onların müalicəsi hələ də davam etdirilir. Lakin qeyd edim ki, o əməkdaşlar F.Məmmədovla yaxın ünsiyyətdə olmayıb. Şöbələr tamamilə ayrıdır.

Ümumiyyətlə, yoluxmaların heç biri tibb müəssisəsi daxilində qeydə alınmayıb. Tibb işçilərimiz virusa poliklinikadan kənarda, müxtəlif ictimai yerlərdə yoluxub. Poliklinikamızda həkimlər növbəli iş qrafiki ilə çalışır, yoluxma hallarının qarşısını almaq məqsədilə hər gün işçilərin hərarəti ölçülür. Müəssisə mütəmadi olaraq dezinfeksiya edilir".

Qeyd edək ki, 1958-ci il təvəllüdlü F.Məmmədov bir müddət hərbi həkim kimi çalışıb.скачать dle 11.3
Mojo.az Banner