22:59 Arzu Əliyeva Qax rayonundan paylaşım edib  |     22:53 Kimlər məktəb direktoru ola biləcək? - Yeni qaydalar  |     22:45 NATO ölkələri ilk zərbə ilə Moskvanı yer üzündən silə bilər — Svitan  |     22:37 İslam Rzayev yüksək vəzifəli məmurun dayısı imiş  |     22:30 3 gün vaxt verildi - SÖKÜLƏCƏK  |     22:22 Balakənin deputatı icra başçısının həbsi haqqında DANIŞDI  |     22:15 TİKA sədri Hikmət Hacıyevlə görüşüb  |     22:09 "İstifadə olunan ətlərin baytarlıq sənədləri və sertifikatları mövcuddur" — AÇIQLAMA  |     22:00 "Valideynlər 17 yaşlı qızı çörək pulu tapsın deyə ərə verirlər"  |     21:52 "Seysmik gərginlik artıb, Azərbaycanda da risklər var” — Seysmoloq  |     21:47 Şirvanda yol qəzası: ölən və xəsarət alanlar var - FOTO  |     21:45 "Uşaqlar arasında yayılan rotavirus qıcolmaya qədər gətirib çıxara bilər" — AÇIQLAMA  |     21:37 Qadınlar hansı hallarda aliment ödəyirlər? — Vəkildən AÇIQLAMA  |     21:30 Nazirlik: Hərbi qulluqçuların pensiya təyinatı yeni qaydada aparılacaq  |     21:23 Bill Qeyts bəşəriyyəti məhv edəcək səbəbi açıqladı: İqlim deyil...  |     21:16 Azərbaycanda avtomobillərdə çipli nömrələr ləğv olunub - RƏSMİ  |     21:09 Dəfn olunan itkin-şəhidin anası: İndi rahat ölə bilərəm  |     20:58 Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb  |     20:50 Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadıldı  |     20:41 Saray qəsəbəsində sürücülər arasında insident: biri həbs olundu  |    

Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün ərizə qəbuluna başlanıldı

11-ci sinif şagirdləri üçün 2020-ci il iyunun 10 və 11-də keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə qəbulu iyulun 8-dək davam edəcək.

Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 30%-i, ümumiyyətlə, tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər:

“Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq. 10 və 11 iyun tarixlərində keçirilən imtahanlarda iştirak edən və Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 6-8 iyul tarixlərində apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Şagirdlər (abituriyentlər) iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Burada “Ev telefonu”, “Mobil telefon”, “E-mail” bölmələrində müvafiq məlumatlar qeyd edilir.

“Apellyasiyanın nəticələrinin izahını necə əldə etmək istəyirəm” hissəsində təklif olunan variantlardan biri seçilir. Şagirdin imtahanla bağlı hər hansı xüsusi bir qeydi varsa, “ümumi qeyd” hissəsinə yaza bilər”.

Mərkəzdən bildirilib ki, apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Müraciətlərə 13 iyul 2020-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) qaydada baxılmağa başlanılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            993 06.07.20 17:16