Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Zakir Həsənovdan Azərbaycan Ordusunun yaradılmasının 102 illiyi münasibətilə TƏBRİK

25.06.2020 14:10 1 649
Zakir Həsənovdan Azərbaycan Ordusunun yaradılmasının 102 illiyi münasibətilə TƏBRİK
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasının 102 illiyi münasibətilə şəxsi heyəti təbrik edib.

Təbrikdə deyilir:

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!

Sizi Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi naminə çətin və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması və ordumuzun nizami ordu kimi formalaşması ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı siyasətin uğurla davam etdirilməsinin nəticəsidir.

Ən müasir texnika və avadanlıqlarla təchiz edilən, aparılan genişmiqyaslı islahatlardan bəhrələnən ordumuz dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilib, ən müasir hərbi şəhərciklər salınıb, zəruri olan bütün hərbi infrastruktur yaradılıb.

2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ildə Naxçıvanda Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmən işğalında olan torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması bir daha ordumuzun gücünü nümayiş etdirdi.

Azərbaycan Ordusunun yubiley tarixlərində keçirilən möhtəşəm paradlar da ölkəmizin müdafiə qabiliyyətinin, hərbi potensialının daha da güclənməsinə bariz nümunədir.

Şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hər bir hərbi qulluqçu Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə əhatə olunub. Dövlət başçısının fərmanına əsasən, orduda xidmət edən hərbi qulluqçular xidməti və daimi mənzillərlə təmin olunur, hərbi qulluqçuların maddi, sosial-məişət, xidməti şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da uğurla davam etdirilməsinə zəmin yaradılıb.

Bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Əminliklə bildirirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq yeni qələbələr qazanmaq üçün siz döyüş və mənəvi-psixoloji hazırlığınızı, səy və bacarıqlarınızı daha da artıraraq, Ali Baş Komandanın döyüş əmrini yerinə yetirəcəksiniz.

Bir daha hər birinizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, şərəfli xidmətinizdə uğurlar arzulayıram”.скачать dle 11.3
Mojo.az Banner