Mojo.az Banner
12:57 Kirayə mənzillərin qiyməti bahalaşacaq - Bu tarixlərdə  |     12:51 Azərbaycanın bu şəhərində maaş Bakıdan yüksəkdir  |     12:48 Sabah hava necə olacaq?  |     12:43 Xırdalandakı qətlə görə iki nəfər saxlanıldı  |     12:30 Gəncədə zibil poliqonunda döl tapıldı - Yenilənib  |     12:25 P.Diddi Tupak Şakurun qətli ilə bağlı ittiham oluna bilər  |     12:22 Astarada dənizdə boğulan şəxs 5 UŞAQ ATASIDIR - Axtarışı davam etdirilir (Yenilənib)  |     12:16 Azərbaycan neftinin qiyməti 95 dolları keçib  |     12:15 Lənkəranda avtomobil dərəyə aşdı, ölən var  |     12:13 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək  |     12:11 Ay qırmızı rəngə bürünəcək: Tarix və saat AÇIQLANDI  |     12:08 Fransada itkin düşən məşhur tiktokerin meyiti tapılıb  |     12:08 Xırdalanda 31 yaşlı kişi qətlə yetirildi  |     12:03 Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşır  |     11:51 Uşaqlar niyə kosmetika bazarının hədəfinə çevrilib? — Tənqidi ARAŞDIRMA  |     11:48 Rusiyada yaşayan azərbaycanlıları nə gözləyir? - Deportasiya qaydaları sərtləşir  |     11:41 Qalmaqallı kollec direktoru İŞDƏN ÇIXARILDI  |     11:37 İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır  |     11:11 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente"yə qarşı  |     11:05 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib - DTX-dən xüsusi əməliyyat  |    
Left Banner
Right Banner

Koronavirusa inanmayan dünyanın bir nömrəli tennisçisinin testinin cavabları müsbət çıxdı

24.06.2020 11:56 2 860
Koronavirusa inanmayan dünyanın bir nömrəli tennisçisinin testinin cavabları müsbət çıxdı
Dünyanın bir nömrəli raketka ustası, serbiyalı Novak Cokoviçin koronavirus testinin cavabları müsbət çıxıb.

Bu barədə 360 TV xəbər yayıb.

Məlumata görə, onun xanımı Yelenada da COVID-19 aşkarlanıb. Cütlüyün uşaqlarının test cavabları hələ məlum deyil.

Qeyd olunur ki, Xorvatiyada keçirilən “Adria Tour” tennis turnirində çıxış edən Novak Cokoviçin komanda yoldaşı və onunla sıx əlaqədə olan Qriqor Dimitrov COVID-19 virusuna yoluxduğunu açıqlayıb.

Bu hadisədən dərhal sonra komandanın baş məşqçisi Qoran İvanişeviç də koronavirus testindən keçib və nəticə mənfi olub.

Bundan başqa, Viktor Troitskidə və hamilə xanımında, Borna Çoriçdə, həmçinin Cokoviçin fitnes-məşqçisində koronavirus müəyyən olunub.

Xatırladaq ki, dünyanın bir nömrəli raketka ustası Novak Cokoviç koronavirus analizi verməkdən imtina etmişdi.

O, ümumiyyətlə, COVID-19-a qarşı vaksinasiya və peyvəndin qəti əleyhdarıdır. Hətta fikrini təsdiqləmək üçün vətəni Serbiyada və qonşu Xorvatiyada turnir təşkil edib. Nəticə isə göz qabağındadır.
скачать dle 11.3
Mojo.az Banner