Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rəşad Mahmudov Bəhram Bağırzadənin vəziyyəti haqqında: “Xroniki xəstəliklərlə əlaqəsi yoxdur”

19.06.2020 16:53 1 258
Rəşad Mahmudov Bəhram Bağırzadənin vəziyyəti haqqında: “Xroniki xəstəliklərlə əlaqəsi yoxdur”
Azərbaycan xalqı Əməkdar artist Bəhram Bağırzadənin səhhətindən nigarandır. Təəssüf ki, müsbət dinamikaya baxmayaraq, o, hələ də ağır vəziyyətdədir.

“Bəhram Bağırzadənin ekstrakorporal membran oksigenləşdirmə cihazına (ECMO) bağlı müalicəsi davam edir. Onun vəziyyəti stabil, lakin ağırdır, hələ ki, ağciyərin funksiyasının bərpası prosesində istənilən effekti əldə etmək mümkün deyil”.

Bunu Milli Məclisin deputatı, Əməkdar artist Bəhram Bağırzadənin koronavirusdan müalicə edildiyi Mərkəzi Gömrük Hospitalının Elmi Təcrübə və Təlim Mərkəzinin rəhbəri Rəşad Mahmudov Media.Az-a bildirib.

Onun sözlərinə görə, ECMO aparatı sayəsində orqanizmin oksigen təminatının səviyyəsi normal həddədir, bütün digər orqanları (ağciyərlərdən başqa) normal işləyir:

“Onun zəruri müalicəsi aparılır. Düşünürəm ki, 10-14 gün ərzində bədənin reaksiyasını görəcəyik, xəstəliyə qarşı necə mübarizə apardığını anlayacağıq. Təəssüf ki, orqanizm müsbət cavab verməzsə, əlimizdən bir şey gəlməyəcək. Adam ECMO cihazına bir ay, maksimum ay yarım qoşulu qala bilər”.

Həkimin sözlərinə görə, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi bilavasitə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

“Həkimlər hər xəstənin həyatı üçün mübarizə aparırlar. Bəhram Bağırzadə uğrunda qalib gələcəyimiz sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, müalicəyə müsbət reaksiya verəcək və onu ayağa qaldıra biləcəyik. Təcrübəmizdə elə hal olub ki, xəstəxanada quş qripi, xüsusilə kəskin tənəffüs çatışmazlığı sindromu (ARDS) nəticəsində ağırlaşmaları başlayan xəstədə pnevmoniyanın ağır forması müşahidə edilib. O xəstəni ECMO-ya qoşmaqla 20 gün ərzində ağciyərlərin funksiyasını bərpa edə bildik. Bir həftədən 10 günə qədər xəstəliyin inkişaf dinamikasını müşahidə edərək, Bəhram Bağırzadənin ağciyərlərinin hansı reaksiya verəcəyi məlum olacaq”, - deyə o bildirib.

Həkim qeyd edib ki, xəstəxanaya yerləşdirilməzdən bir qədər əvvəl - Bəhram Bağırzadə koronavirusa yoluxduqdan sonra kompüter tomoqrafiyası onun ağciyərlərinin yalnız 5%-nin zədələndiyini göstərib. Lakin qısa müddət ərzində fəsadlaşma başlayıb və sənətçinin ağciyər toxumalarının zədələnməsi 90%-dən çox olub:

“Çox adam xroniki xəstəliklərdən danışır, amma Bəhram müəllim COVID-19 səbəbindən belə ağır vəziyyətə düşüb. Bunu bir həkim kimi deyirəm”.

Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadə 13 iyun 2020-ci il tarixdə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Yeni komrüter tomoqrafiyası ilə əvvəlki mərhələyə nisbətən xəstəliyin ciddi mənfi gedişatı müəyyən edilib. Sənətkarın ağciyər toxumasının 90%-dən çoxuna zərər dəydiyi ortaya çıxıb. Süni ağciyər ventilyasiyası (ALV) ilə intensiv müalicəyə baxmayaraq, saturasiyanın (qanın oksigenə doyması) artmasına nail olunmayıb. Gün ərzində doyma nisbəti 50% daxilində qaldığına görə, konsilium keçirilib və xəstəni ECMO cihazına bağlamaq qərarı verilib.

ECMO - xəstənin həyatına və orqanizminin fəaliyyətinə müvəqqəti dəstək vermək üçün süni ürək və ağciyərin istifadəsi tətbiq olunan xüsusi müalicə metodudur. Xəstəni Mərkəzi Gömrük Hospitalında ECMO cihazına bağladıqdan sonra vəziyyəti nisbətən sabitləşib və saturasiya 95 faizə qədər yüksəlib.скачать dle 11.3
Mojo.az Banner