Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

20 yaşlı Bakı sakini tanışı olan qızı şantaj edərək 1290 manat pul aldı

19.06.2020 16:26 1 966
20 yaşlı Bakı sakini tanışı olan qızı şantaj edərək 1290 manat pul aldı
Bakının Nizami və Nərimanov rayon polis idarələrinin əməkdaşları tərəfindən təhdid yolu ilə qəsbkarlıq faktları qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyunun 18-də 1953-cü il təvəllüdlü Nizami rayon sakini Ə.İbrahimov 23-cü Polis Bölməsinə şikayət edərək, bir gün əvvəl həyat yoldaşı ilə birlikdə narkotik aludəçisi olan oğlu R.İbrahimovun hücumuna məruz qaldığını deyib.

R.İbrahimov valideynlərini bıçaqla və zor tətbiq edəcəyi ilə hədələyərək, onlardan narkotikin növbəti dozası üçün pul tələb edib.

Hazırda polis faktı araşdırır.

Nərimanov rayonunda isə 18 yaşlı qız şantajın qurbanı olub.

Bildirilir ki, N.M. 20 yaşlı F.T. ilə tanış olduqdan bir müddət sonra oğlan onu sosial şəbəkədə haqqında məlumatlar yaymaqla hədələyərək, şantaj etməyə başlayıb.

Şantajçı qızdan pul tələb edib. Fevral ayında N.M. ona 1 290 manat pul verib. Lakin oğlan qızı rahat buraxmayıb. Bu dəfə qız hər şeyi anasına danışıb və qadın bu barədə polisə müraciət edib.

Hələlik faktla bağlı həbs olunan yoxdur.скачать dle 11.3
Mojo.az Banner