Mojo.az Banner
13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Abdullayeva: “Vətəndaşlarımızın sərhədə toplaşması proseduru tezləşdirməyəcək” - VİDEO

18.06.2020 22:24 2 165
Leyla Abdullayeva: “Vətəndaşlarımızın sərhədə toplaşması proseduru tezləşdirməyəcək” - VİDEO
“Rusiya ilə Azərbaycan prezidentləri arasında Rusiyadakı azərbaycanlıların ölkəyə qaytarılması istiqamətində danışıqlar olub”.

Median.Az
xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində qərargahın təmsilçisi Leyla Abdullayeva deyib.

O bildirib ki, bu prosesdə “Evə gedirəm” portalında qeydiyyatdan keçmə ardıcıllığı da rol oynayır:

“Son bir ayda Rusiya Federasiyasından minə yaxın Azərbaycan vətəndaşları ölkəyə qaytarılıb. Dəfələrlə qeyd etmişik ki, “Evə gedirəm” portalından qeydiyyatdan keçsinlər. Vətəndaşların geri qaytarılması portalda qeydiyyatdan keçdikdən sonra tənzimlənən növbələr vasitəsilə həyata keçirilir.

Rusiyada yaşayan vətəndaşlarımız səbirli olmalıdır. Sərhədə yaxın ərazilərə gələrək, orada toplaşmaları bu proseduru tezləşdirməyəcək. Həm hava, həm quru yollarla vətəndaşların ölkəyə qaytarılması həyata keçirilir.

Bu prosesdə həssas qruplar da nəzərə alınır. Yəni əsasən, yaşlılar, qadın və uşaqlar nəzərə alınır. Azərbaycanın Rusiyadakı səfirliyi ilə tez-tez əlaqə saxlanılır. Vətəndaşlarımıza müraciət edirik ki, portaldan qeydiyyatdan keçdikdən sonra evlərində növbələrini gözləsinlər. Olduqları yerdə səbir nümayiş etdirsinlər, olduqları ölkələrin qanunlarına riayət etsinlər”.скачать dle 11.3
Mojo.az Banner