Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

6 manatlıq şirkət milyonluq tenderləri necə udur?

15.06.2020 20:42 1 365
6 manatlıq şirkət milyonluq tenderləri necə udur?
Hacıqabul Rayon İcra Hakimiyyəti "Muğan-KİTT” MMC ilə maliyyə dəyəri 442 547.64 AZN olan müqavilə imzalayıb.

Median.Az yenisabah.az-a istinadən xəbər verir ki, müqaviləyə görə sözügedən şirkət Hacıqabul şəhərində yolların əsaslı təmirini həyata keçirməlidir.

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, "Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ (Şəhər Tipli Qəsəbə), Muğan qəsəbəsində yerləşir. "Muğan-KİTT”in qanuni təmsilçisi isə Əzizli İlham Əliseyran oğludur.

Açıq mənbələrdə İlham Əzizli barəsində hər hansı məlumat yoxdur. Onun rəhbəri olduğu MMC-yə gəlincə, bəlli olur ki, Hacıqabul Rayon İcra Hakimiyyəti yolların təmirində bu şirkətin xidmətlərindən istifadə edir. İcra hakimiyəti 2018-ci ildə də "Muğan-KİTT” MMC ilə 390 104 AZN dəyərində müqavilə bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) də sözügedən 6 manatlıq şirkətlə milyonluq müqavilələr imzalayıb. Konkret olaraq 2019-cu ildə AAYDA ilə "Muğan-KİTT” MMC arasında 3.9 milyon dəyərində müqavilə bağlanıb. Bu müqaviləyə görə şirkət Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına yolunun əsaslı təmirini həyata keçirib.скачать dle 11.3
Mojo.az Banner