17:02 Azərbaycanın U-17 millisi böyük hesabla uduzdu  |     16:49 Azərbaycanın Təbrizdəki baş konsulu dəyişdi - SƏRƏNCAM  |     16:43 Paytaxtın bəzi ərazilərində qaz olmayacaq  |     16:36 Ramiz Mehdiyevin Rusiyaya yazdığı MƏKTUB - FOTO  |     16:06 Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:56 Qarğabazar karvansarası bərpa olunur  |     15:52 Abşeronda tələbə binadan yıxılaraq öldü  |     14:54 Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi  |     14:49 Hakan Fidanın müavini Bakıya gəlib  |     14:41 Evdən 15 500 manat oğurlandı  |     14:40 Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olundu  |     14:34 Dövlət komitəsinin sektor müdiri vəfat etdi  |     14:22 Tramp Rusiyanın "Burevestnik" raketlərinin sınaqlarına münasibət bildirib  |     14:16 Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında iştirak etməyəcək  |     14:10 MTV ilə bağlı cərimə protokolu yazıldı - Bu verilişə görə  |     14:02 Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb  |     13:57 Bakıda 2 nəfərin barmağına üzük sıxışdı, nazirlik köməyə çatdı  |     13:53 XƏBƏRDARLIQ - Bakıdakı bu binalarda divara bir mismar belə vurmaq olmaz!  |     13:45 Bakıda unudulan abidələr "yenidən kəşf olunur" - Siyahı 24 ildən sonra yenilənir  |     13:40 Qızılın qiyməti enib, gümüş bahalaşıb  |    

Evdə müalicə olunan koronavirus xəstələrinə telefonlarını söndürmək qadağan edilir

Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilən və evdə müalicəsini davam etdirəcək şəxs təcrid müddətində mobil telefonunu işlək vəziyyətdə saxlamalıdır.

Median.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydalarının təsdiq edilməsi barədə” qərarına edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd olunub ki, evdə təcrid olunacaq şəxslərə telefonun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yeri tərk etməsinin mümkünlüyü barədə xəbərdarlıq ediləcək və onlardan bu barədə yazılı iltizam alınacaq.

Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilən şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilən şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 300 12.06.20 20:30