Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

I sinifə qəbul üçün onlayn müsahibələrə start verildi

08.06.2020 15:04 2 435
I sinifə qəbul üçün onlayn müsahibələrə start verildi
Ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinifə qəbulu üçün onlayn müsahibələrə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibəsi təxirə salınan uşaqların valideynlərinə (qanuni nümayəndələrinə) iyunun 1-dən etibarən şəxsi kabinetə daxil olub, onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçmək imkanı yaradılıb.

Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları iyun ayının 8-dən etibarən şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.

Müsahibələr (ənənəvi (canlı) və ya onlayn) bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə biləcəklər.

Onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.

Ənənəvi (canlı) müsahibə üçün müraciət edən vətəndaşlara isə iyun ayı ərzində qeydiyyatdan keçdikləri mobil nömrəyə müsahibənin keçiriləcəyi tarix və yer haqqında bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında əksini tapacaq.

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarlarından irəli gələn tələblərə uyğun olaraq, valideynlərin onlayn müsahibələrə üstünlük verməsi tövsiyə edilir.скачать dle 11.3
Mojo.az Banner