Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA

30.05.2020 17:22 1 544
Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA
“Atası tərəfindən şiddət görən 11 yaşlı uşağın hüquqları qanunvericiliyin normalarına uyğun qorunacaq”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumatda qeyd olunub.

Bildirilib ki, Suraxanı rayonunda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı dərhal ərazi üzrə İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqə saxlanılıb:

“Komissiyadan əldə etdiyimiz məlumata görə, sözügedən ailə problemli kimi qeydiyyatdadır. Uşaqlar isə internat evində təhsil alır və orada yaşayır .Sadəcə olaraq karantin dövrü ilə əlaqədar uşaqlar evə buraxılıb. Ata narkotik istifadəçisidir və bu, ilk zorakılıq faktı deyil. Həmin şəxs artıq dəfələrlə uşaqlara zorakılıq tətbiq edib, bu, onun tərbiyə üsuludur. Bununla əlaqədar ailənin böyük övladı hazırda onlarla deyil, rayonda yaxın qohumlarının yanında yaşayır.

Digər iki uşaq isə valideynlərinin yanındadır. Zorakılığa məruz qalan uşaqla bağlı Təcili Tibbi Yardım tərəfindən lazımi tibbi yardımlar görülüb. Həmçinin, Suraxanı Rayon İcra Hakimiyyəti ana və uşaqları təhlükəsiz yerə yerləşdirib. Uşaqların anası isə boşanma ilə bağlı məhkəməyə müraciət edib. Proses artıq məhkəmənin icraatındadır”.

Komitədən verilən məlumatda o da qeyd olunub ki, ata ilə bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən lazımi tədbirlər görülüb:

“İcra Hakimiyyətinin psixoloqu, eləcə də Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının katibinin müşayiəti ilə ana və uşaqlar Suraxanı Rayon Polis İdarəsində ifadə veriblər. Məsələ ətraflı şəkildə araşdırılır. Bəzən valideynlər zorakılığı, şiddəti tərbiyə üsulu kimi görür. Lakin bu, yolverilməzdir. Ölkəmizdə yetkinlik yaşına çatmayan uşaqların hüquqları qanunvericiliyin normalarına uyğun müdafiə olunur.

Bu kimi hallar müşahidə edilən zaman dərhal İcra Hakimiyyəti yanında fəaliyyət göstərən komissiyaya, polisə müraciət etməlidirlər. Valideynlər uşaqların müəyyən yaşa qədər təlim-tərbiyəsinə məsuliyyət daşıyırlar. Lakin unutmasınlar ki, bu prosesə dövlət tərəfindən ciddi nəzarət olunur. Aşkarlanan bu cür faktlar isə araşdırıldıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”.

Son xəbərlər