Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Deputat Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirdi

28.05.2020 13:48 1 267
Deputat Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirdi
Milli Məclisin deputatı Rüfət Quliyev Avropa İnsan Hüquqları Məhkəməsinin 2020-ci il 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarına münasibət bildirib.

R.Quliyev Oxu.Az-a açıqlamasında deyib ki, qərarda ermənilərin əsas tələbi - Ramil Səfərovun əfv olunmasının əleyhinə olan iddia təmin edilməyib.

“Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasına diqqət edək. Bildirilir ki, Avropa Məhkəməsi Ermənistanın əsas iddianı təmin etməyib. Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən başlamasını tələb etmir. Rəsmi Bakının məlumatından görünür ki, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi, Ramil Səfərovun zəbt olunmuş Cəbrayıl rayonundan köçkün olması və onun çoxsaylı qohumlarının ermənilər tərəfindən öldürülməsi qərarda öz əksini tapmayıb”, - deyə R.Quliyev əlavə edib.

Onun sözlərinə görə, qərarda “Çıraqovlar və digərləri Ermənistana qarşı” məsələsinə toxunulmayıb.

Bildirək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-cı ilin 16 iyun tarixli “Çıraqovlar və digərləri Ermənistana qarşı” qərarında Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyətindən bəhs olunur.

Deputat qeyd edib ki, bu məsələni qaldıranlar Ermənistanı məhkəməyə vermişdilər.

“İddiaçılar Azərbaycan vətəndaşları idilər. Amma Avropa Məhkəməsinin həmin qərarının icrası indiyə qədər həllini tapmayıb. Qeyd olunanları və digər nüansları nəzərə alaraq deyə bilərik ki, Ramil Səfərovun məsələsində Azərbaycan beynəlxalq hüquqi məsuliyyət daşımır”, - deyə R.Quliyev söyləyib.

Xatırladaq ki, Avropa Məhkəməsinin “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarında Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) maddi aspektinin Azərbaycan hökuməti tərəfindən pozulmadığı müəyyən edilib.

Azərbaycan XİN-in açıqlamasında deyilir ki, Avropa Məhkəməsinin gəldiyi nəticəyə görə, Ramil Səfərov əməllərin törədilməsi zamanı fərdi qaydada çıxış edib və Azərbaycan hökumətini təmsil etməyib:

“Beləliklə də, Azərbaycan hökuməti bu əməllərə görə beynəlxalq hüquqi məsuliyyət daşıya bilməz. Eyni zamanda hesab edirik ki, Silahlı Qüvvələrimizin zabiti Ramil Səfərovun Azərbaycanın 1993-cü ilin avqustunda Ermənistan tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatının ağrı və iztirablarını yaşadığı məhkəmə işində nəzərə alınmalı idi”.

Rəsmi Bakı Avropa Məhkəməsini qınayan bəyanat da səsləndirib:

“Yaxşı olardı ki, Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini və Ramil Səfərovun məhz bu işğal siyasətinin qurbanı olan məcburi köçkün olduğunu qərar ilə bağlı yaydığı məlumatında qeyd edərdi”.

Son xəbərlər