Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Şadlıq saraylarında işləyənlərin aqibəti necə olacaq? - VİDEO

20.05.2020 22:28 1 561
Şadlıq saraylarında işləyənlərin aqibəti necə olacaq? - VİDEO
Şadlıq evlərində mart ayının 15-dən başlayan fəaliyyətsizliyin hələ nə qədər davam edəcəyi sual altındadır. Mart və aprel aylarına nəzərdə tutulmuş toy məclisləri iyun ayına təxirə salınsa da, bunun da baş tutacağı qeyri-müəyyəndir. Sahibkarların isə gözləməkdən başqa çarələri yoxdur.

Baku.Tv-nin hazırladığı reportajda restoran inzibatçıları bildirir ki, gələn qonaqlar ancaq beh verərək gedirlər.

“Mart ayını atmışıq aprel ayına, apreli atmışıq iyuna, iyun ayına da hələ bir cavab deyilməyib” – inzibatçı bildirir.

“Demək olar ki, müflisləşmə dərəcəsinə gəlib çıxırıq” - digər inzibatçı qeyd edir.

Toyların olmaması təkcə sakibkarlar yox, buradan evinə çörək aparan onlarla işçini də çətin vəziyyətdə qoyub. Nəzərə alsaq ki, bu müəssisələrdə çalışanların əksəriyyəti muzdlu işçi sayılır, ona görə də həmin şəxslərə iki ay ərzində heç bir maaş verilməyib.

İqtisadçı ekspertlərin sözlərinə görə, şadlıq saraylarında işləyənlərin maddi təminatı pandemiya dövründə bir neçə istiqamət üzrə tənzimlənir. Ya əmək müqaviləsi əsasında, ya vergi ödəyicisi kimi, ya da işsiz kimi qeydiyyatdan keçməklə... Qeydiyyatdan keçib rəsmi fəaliyyət göstərirlərsə və onların işçiləri əmək müqaviləsi ilə çalışırlarsa, onlara aprel,may aylarında İqtisadiyyat Nazirliyinin xətti ilə yardım olunub.

Düzdür, bu müəssisələrin fəaliyyətinin nə zaman bərpa olunacağı hələ dəqiq deyil. Amma nəzərə almaq lazımdır ki, bu bəla təkcə ölkəmizdə yox, bütün dünyada davam edir. Bununla belə, pandemiyadan ən az ziyan görən ölkələrdən biriyik. Ümid edək ki, bu müvəqqəti problemlərin də tez bir zamanda həllinə nail olacağıq.скачать dle 11.3
Mojo.az Banner