Mojo.az Banner
17:39 "OnlyFans"ın sahibi 43 yaşında öldü  |     17:11 Azərbaycan ərazisindən keçməklə Ermənistana gübrə və qarabaşaq göndəriləcək  |     16:59 Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi  |     16:42 Azərbaycan klubu səfərə getməyə pul tapmır  |     16:37 Seyfəddin Dəmirlini aldadıb 400 min almaq istəyiblər - FOTO  |     16:30 Müctəba Xameneiyə nə olub? - Ali liderin səssizliyi ətrafında söz-söhbətlər böyüyür  |     16:19 Kim Çen In Rusiyaya gedəcək  |     16:16 Azərbaycan Müdafiə Nazirliyindən PUA-larla bağlı XƏBƏRDARLIQ  |     15:42 Azərbaycan XİN: "Rusiya tərəfindən izahat gözləyirik"  |     15:18 Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır  |     15:15 Naxçıvanda evdən iki nəfərin meyiti tapıldı - ARAŞDIRMA APARILIR  |     14:58 İrandan ABŞ-yə Hörmüz boğazı ilə bağlı SƏRT XƏBƏRDARLIQ  |     13:00 Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?  |     12:25 Ağdaşda AİLƏ FACİƏSİ: Oğul anasını öldürməkdə şübhəli bilinir  |     12:23 Bu gündən Bakının 42 ünvanında yollarda hərəkət məhdudlaşdırılır - SƏBƏB  |     12:21 Böyrək xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlanıb  |     12:18 Bakıda parkın ərazisi niyə hasarlanıb? - Sakinlərdən ŞİKAYƏT - Video  |     12:11 569 nömrəli marşrutdan daha bir ŞİKAYƏT: Bayram günü avtobus xarab oldu, sərnişinlər yolda qaldılar  |     11:52 İran su təchizatı sisteminə kiberhücum iddialarını təkzib edib  |     11:20 Prezidentin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum oldu - Video  |    
Left Banner
Right Banner

Bakıda gizli fəaliyyət göstərən restoranın sahibi və 24 müştərisi cərimələndi - FOTO/VİDEO

20.05.2020 19:13 1 675
Bakıda gizli fəaliyyət göstərən restoranın sahibi və 24 müştərisi cərimələndi - FOTO/VİDEO
Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət mayın 18-dən bərpa edilib.

Qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar. Amma bəzi restoran və kafelər fəaliyyətlərini qeyd edilən saatlardan əlavə davam etdirməyə cəhd göstərsələr də, polis əməkdaşları tərəfindən bunun qarşısı alınır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, sonuncu belə tədbir zamanı Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən, paytaxt sakini Nurəli Mənsimova məxsus “Nar” restoranının saat 18:00-dan sonra da işlədiyi məlum olub.

Binəqədi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi, Post-Patrul Xidməti Bölüyü və 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilən saatlardan kənar gizli fəaliyyət göstərdiyi və müştərilərin qəbul edildiyi müəyyən olunub.

Həmçinin, restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri müəyyənləşib. Obyektin sahibi Nurəli Mənsimov və orada olan 24 müştəri saxlanılaraq, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2000 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.












скачать dle 11.3
Mojo.az Banner