Mojo.az Banner
19:14 Əli Kərimlinin cinayət işi üzrə istintaq bitdi  |     19:09 Bu ölkə İranla diplomatik əlaqələrini kəsdi  |     19:02 Bakıda əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)  |     18:57 Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı çəkildi - VİDEO  |     18:50 Vəzir Həsənovun İdarəsində yoxlama aparıldı - Bu şəxslər cəzalandırıldı  |     18:42 Bir ayda 8 milyard manatdan çox nağdsız ödənişlər edilib  |     18:37 600-dən yüksək bal toplayanların NƏZƏRİNƏ!  |     18:30 Naxçıvanda maşın yolu keçən qadını vurdu  |     18:24 "Ay Xalı" şirkətindən ŞİKAYƏT - VİDEO  |     18:15 Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi üçün ərizəsini təsdiqlənlərin sayı açıqlandı  |     18:10 "TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu  |     18:03 “Son 1 ədəd qalıb”: Onlayn mağazalar alıcını necə tələsdirir?  |     17:34 Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub  |     17:28 Fəyyaz Xankişiyevin 500 minlik dələduzluqda təqsirləndirilən oğlunun işində YENİLİK  |     16:29 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ  |     16:09 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı  |     16:06 Azərbaycanda sabiq məmur vəfat etdi - FOTO  |     15:42 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU  |     15:39 Deputat “iPhone 18” alanlardan DANIŞDI: Telefon üçün gecəni küçədə keçirdilər  |     15:20 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 9 hakimin səlahiyyətlərinə xitam verilib, 7-si vəzifədən azad edilib

19.05.2020 21:39 2 263
Azərbaycanda 9 hakimin səlahiyyətlərinə xitam verilib, 7-si vəzifədən azad edilib
Mayın 19-da dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

Məhkəmə-Hüquq Şurasından "Report"a verilən məlumata görə, müşavirədə son bir ildə 50-dən çox məhkəmədə monitorinqlər aparılıb, aşkar edilən pozuntular 150-dən artıq hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, 2 nəfərin səlahiyyətlərinə xitam verildiyi, 7 nəfərin tutduğu vəzifədən azad olunduğu, son aylarda isə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirildiyi, 7-nin isə səlahiyyətlərinin uzadılmayaraq xitam edildiyi bildirilib.скачать dle 11.3
Mojo.az Banner