Göygöldə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşıq Ələsgər kəndində qeydə alınıb.
1992-ci il təvəllüdlü Bayramov Eşqin Qaçay oğlu sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Cinayətin kim tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.