Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda əsgərin özünü öldürməsi ilə bağlı cinayət işi başlandı

08.05.2020 14:48 2 204
Azərbaycanda əsgərin özünü öldürməsi ilə bağlı cinayət işi başlandı
Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində əsgərin özünü güllələməsi ilə bağlı cinayət işi başlanıb.

Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, prokurorluğa daxil olmuş sözügedən məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər hərəkətlər icra edilib.

Fakt üzrə Bakı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Xatırladaq ki, 15 saylı cəza çəkmə müəssisəsində Penitensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.скачать dle 11.3
Mojo.az Banner